Ümmül-Hüzeyl Həfsə bint Sirin əl-Ənsariyyə (; ) — tabiin nəslinə mənsub xanım fəqih və mühəddis. O, Məhəmməd ibn Sirinin bacısıdır.

Bioqrafiyası O, hicri I (VII) əsrdə Bəsrədə yaşamışdır. Mənbələrdə onun fiqh, hədis və təfsir sahələri ilə maraqlandığı qeyd olunmuşdur. O, fiqh elmini Mədinədən Bəsrəyə gəlmiş, Ümmü Ətiyyə əl-Ənsariyyədən öyrənmişdir. Hədis sahəsində İyas ibn Müaviyə ilə Hişam ibn Həssan onu tərifləmişlər. O, həmçinin Ənəs ibn Malikdən hədis rəvayət etmişdir. Ondan isə Əyyub Sixtiyani və başqaları hədis rəvayət ediblər.

İstinadlar

Həmçinin bax

Məhəmməd ibn Sirin

Kateqoriya:Tabiinlər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri