Tom Tyarda və ya Stevens Tompson Tyarda van Starkenburq (; ) — ABŞ avtomobil dizayneri. O, "Ferrari 365" "California" və "De Tomaso Pantera" kimi ekzotik idman avtomobillərindən tutmuş birinci nəsil "Ford Fiesta" (1976) və "Fiat 124 Spider" (1966) kimi çoxsaylı məşhur avtomobillərə qədər səksəndən çox çox qiymətləndirilən geniş çeşiddə avtomobillər dizayneri olub.

Tom Tyarda öz işinə görə 1997-ci ildə "Pebble Beach Concours d'Elegance" və 1997-ci ildə "Concorso Italiano" müsabiqələrində təltif edilmişdir.

"Jalopnik" nəşri Tom Tyardanı "XX əsrin ən görkəmli avtomobil dizaynerlərindən biri" adlandırıb. Tanınmış avtomobil dizayneri və jurnalist Robert Kamberford Tom Tyardanı "dünyanın ən bacarıqlı italyan avtomobil dizaynerlərindən biri" kimi qələmə verib. "Car Design News" onu "avtomobil dizaynı dünyasının ən böyük, tanınmamış qəhrəmanlarından biri" tituluna layıq görüb.

İstinadlar

Xarici keçidlər

www.tom-tjaarda.net https://web.archive.org/web/20101230104914/http://www.conceptcars.it/stilisti/tjaarda.htm http://www.coachbuilt.com/des/t/tjaarda/tjaarda_tom.htm Tjaarda Mustang – https://web.archive.org/web/20120426081840/http://www.hstintl.com/index.php?menu=1 http://www.fiat124spider.com

Kateqoriya:Hollandəsilli amerikalılar