Əbu Sələmə (Abdullah) ibn Əbdürrəhman ibn Əvf əl-Qureyşi əz-Zöhri (; ) — tabiin nəslinə mənsub hədis hafizi və fəqih. Bəziləri onu mədinəli yeddi fəqihin yeddincisi hesab edirlər.

Bioqrafiyası Hicri 22-ci (642 və ya 643) ildə Mədinədə anadan olub. Nəsəb alimləri adının Abdullah olduğunu söyləyiblər. Atası Əbdürrəhman ibn Əvfdir. Anasının adı Tümədir. Südanası Ümmü Gülsüm bint Əbu Bəkr olmuşdur. Bu da ona Aişənin elmindən bəhrələnmə fürsəti yaratmışdır.

Osman, Üsamə ibn Zeyd, Abdullah ibn Salam, Əbu Əyyub əl-Ənsari, Ümmü Sələmə, Ümmü Süleym, Əbu Hüreyrə, Muğirə ibn Şöbə onun elmindən bəhrələndiyi şəxslərdən bəziləridir.

Ondan oğlu Ömər, Şəbi (Kufədə olarkən), Ömər ibn Əbdüləziz, Nafi, Zöhri, Yəhya ibn Səid əl-Ənsari, Yəhya ibn Əbu Kəsir, Hişam ibn Urvə kimi şəxslər hədis öyrəniblər.

Əbu Sələmə hicri 94-cü (712 və ya 713) ildə Mədinədə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Raşidi xilafətindən olanlar