Oreonax flavicauda — Hörümçəyəbənzərlər fəsiləsinə aid meymun növü. Peruya endemikdir. Çox nadir meymun növüdür, yalnız Peru And dağlarında, Amazonas, San Marin, La Libertad və Loreto bölgələrində, eləcə də Hunuko şəhəri yaxınlığında rast gəlinir.
Ümumi məlumat Yetkin meymunun uzunluğu (quyruğu xaric) 54 sm-ə çatır. Quyruğu adətən bədəndən daha uzun olur və 63 sm-ə qədər çatır. Dişilərinin çəkisi 5,7 kq-a, erkəklərinin isə 6,3 kq-a qədər olur. Onların xəzləri uzun, qalın tüklərdən ibarətdir ki, bu da onlara dağ yaşayış yerlərinə xas olan aşağı temperaturlara dözməyə imkan verir. İstinadlar
Xarici keçidlər
Информация о Oreonax flavicauda на animalinfo.org
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Cənubi Amerika faunası