Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri