DefTech Azerbaijan LLC — hərbi dron istehsalçısı olan Azərbaycan şirkəti. 2021-ci ildə yaradılmışdır. Şirkət pilotsuz uçuş aparatları (PUA) və mobil sursatlar üzrə ixtisaslaşıb.
Tarixi Şirkət 2021-ci ildə təsis olunub. Şirkət yüksək texnologiyalar sahəsində ikili təyinatlı tədqiqat, araşdırma və istehsal fəaliyyətləri həyata keçirir. Əsas fəaliyyət istiqamətləri pilotsuz uçuş aparatları (PUA) sistemlərinin, taktiki döyüş-uçuş simulyatorlarının hazırlanması, proqram təminatının işlənməsi və texniki xidmətlərin göstərilməsidir.
Şirkət telemetriya, kommunikasiya və robototexnika sahələrində ixtisaslaşmış Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Pakistan və digər ölkələrin şirkətləri ilə əməkdaşlıq edir. Şirkət həmçinin PUA sistemləri üzrə tədqiqat işləri aparır və bu sahədə texniki, diler və distribyutorluq xidmətləri göstərir.
"DefTech" özəl şirkət kimi Azərbaycan Müdafiə Sənaye Nazirliyi ilə əməkdaşlıq edir.
Məhsullar Vtol Tandem Qanadlı PUA DT-101 Tandem Qanadlı Silahlı PUA DT-001 Tandem Qanadlı Zərbə Dronu F-1500 Tandem Qanadlı Mobil Zərbə Dronu F-5000 F Mobil Uzun Müddətli Asqılı Sistem MT-100 Dönən Qanadlı Silahlı Dron AD-G4
Beynəlxalq və yerli nümayişlər "DefTech" tərəfindən hazırlanmış hərbi təyinatlı məhsullar 2022-ci ildə Bakıda keçirilmiş "Teknofest Azərbaycan"Azerbaijan demonstrates tactical combat flight simulator və "ADEX-2022" beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilmişdir. Şirkətin məhsulları daha sonra Birləşmiş Ərəb Əmirliklərində "IDEX 2023" və Türkiyədə "IDEF 2023" beynəlxalq sərgilərində təqdim olunmuşdur. Bakıda keçirilən "ADEX-2024" sərgisində də istehsal etdiyi məhsullar nümayiş olunmuşdur.ADEX 2024 – Azerbaijani company DEFTECH presents the DT-001/DT-101 UAS armed with its F-1500/F-5000 loitering munitions
Şirkətin hazırladığı məhsullara tandem qanadlı və tandem VTOL tipli kəşfiyyat PUA-ları, kəşfiyyat və döyüş başlığı daşıyan benzin və elektrik mühərrikli zərbə dronları, həmçinin 82 mm-lik minaatan kvadrokopter daxildir. Bu məhsullar beynəlxalq müdafiə ixtisaslaşmış media qurumları tərəfindən işıqlandırılmış və regionda yerli dizaynlı pilotsuz sistemlərin inkişafı kimi qiymətləndirilmişdir.
İstinadlar
Xarici keçidlər "DefTech" rəsmi veb-saytı
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:2021-ci ildə yaranan şirkətlər Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar