– Yaponiya modeli. O, "Miss Nippon" adına layiq görülən ilk Avropa doğumlu və milliləşdirilmiş Yaponiya vətəndaşıdır. Lakin təzyiqlərə məruz qaldıqdan sonra titulundan imtina etmişdir.
İlk illəri Karolina Şiino 1997-ci ildə Ukraynanın Ternopıl şəhərində doğulmuşdur. Onun hər iki bioloji valideyni ukraynalıdır. Anası Svitlana da modeldir və bir sıra müsabiqələrdə mükafatlar qazanmışdır. Anası yapon kişi ilə evləndikdən sonra 5 yaşında ailəsi ilə birlikdə Yaponiyaya köçmüş və Naqoya şəhərinin mərkəzində böyümüşdür. 2022-ci ildə Yaponiya vətəndaşlığı almışdır.
2024 Miss Nippon müsabiqəsi Karolina Şiino 22 yanvar 2024-cü ildə Tokioda baş tutan Miss Nippon müsabiqəsində qalib gəlmişdir. Beləliklə, bu titula layiq görülən ilk Avropada doğulmuş və milliləşdirilmiş şəxs olmuşdur. Milliyətcə yapon olmaması və milliləşdirilmiş Yaponiya vətəndaşı olması səbəbilə onun Miss Nippon adına layiq görülməsi müsabisə ilə qarşılanmışdır. Tənqidçilər onun müsabiqə üçün "kifayət qədər yapon olmadığını" və "yapon gözəlliyini" təmsil etmədiyini bildirmişdirlər. Bəzi tənqidçilər onun Rusiya–Ukrayna münaqişəsinə görə qalib seçildiyini iddia etmişdirlər.
"Shukan Bunshun" jurnalı onun evli bir həkimlə münasibət yaşamasından bəhs edən məqalə dərc etməsindən sonra Şiino "Miss Nippon" titulundan imtina etdiyini açıqlamışdır. O, bu münasibəti təsdiqləmiş və onu dəstəkləyənlərdən üzr istəmişdir. Miss Nippon Assosiasiyası onun tələbini qəbul etmişdir. Təşkilat jürilərdən və sponsorlardan üzr istəyərək titulun il ərzində vakant qalacağını açıqlamışdır.
İstinadlar
Kateqoriya:Yaponiya fotomodelləri