Cozef Addison (; ) — Britaniya yazıçısı və siyasətçisi. O, Lanselot Addisonun böyük oğlu idi. Onun adı adətən uzun müddətdir dostu olan və birlikdə "The Spectator" jurnalını təsis etdiyi Riçard Stilin adı ilə yanaşı xatırlanır. Onun sadə nəsr tərzi 17-ci əsrin tərz və ənənəvi klassik obrazlarının sonunu qeyd etdi.
Erkən həyatı və təhsili
Addison Uiltşirin Milston şəhərində anadan olub, lakin doğulmasından qısa müddət sonra atası Lanslot Addison Liçfildin dekanı təyin edilib və ailə kafedralın yaxınlığındakı əraziyə köçüb. Atası alim ingilis ruhanisi olub. Cozef ilk dəfə Riçard Stil ilə tanış olduğu Londondakı Çarterhaus Məktəbində və Oksforddakı Kraliça Kollecində təhsil alıb. O, klassik əsərlərdə əla nəticə göstərib, xüsusilə Neo-Latın şeirləri ilə tanınıb və Maqdalen Kollecinin üzvü olub.
1693-cü ildə o, Con Draydenə şeir ünvanlamış və ilk böyük əsəri olan ingilis şairlərinin həyatlarından ibarət kitab 1694-cü ildə nəşr olunmuşdur. Onun Vergilinin "Georgika" əsərinin tərcüməsi də həmin il nəşr olunmuşdur. Drayden, Lord Somers və Halifaksın 1-ci qrafı Çarlz Monteqyu Addisonun əsərləri ilə maraqlanmış və diplomatik iş üçün Avropaya səyahət etməsi, bütün vaxtını yazıb siyasət öyrənməsi üçün ildə 300 funt sterlinq təqaüd almışdır.
1702-ci ildə İsveçrədə olarkən o, III Vilhelmin ölümünü eşitmiş və bu hadisə onun təqaüdünü itirməsinə səbəb olmuşdu. Bu hadisə onun nüfuzlu əlaqələri olan Halifaks və Somersin Tacdakı işlərini itirməsi ilə nəticələnmişdi.
İstinadlar
Xarici keçidlər
Joseph Addison's Grave, Westminster Abbey History of Henry Esmond - Thackery Poems by Joseph Addison Joseph Addison in The Digital Encyclopedia of British Sociability in the Long Eighteenth Century
Kateqoriya:1 mayda doğulanlar Kateqoriya:1672-ci ildə doğulanlar Kateqoriya:17 iyunda vəfat edənlər Kateqoriya:1719-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Britaniya publisistləri Kateqoriya:Britaniya dramaturqları Kateqoriya:Britaniya şairləri Kateqoriya:Britaniya jurnalistləri Kateqoriya:İngilis şairlər Kateqoriya:Böyük Britaniya esseistləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Oksford Universitetinin məzunları Kateqoriya:Vestminster abbatlığında dəfn olunanlar Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Britaniya siyasətçiləri