Berkşir donuzu — — donuzlar fəsiləsindən olan Böyük Britaniya mənşəli donuz cinsi.

Ümumi məlumat İngiltərənin Berkşir qraflığında yaranmışdır və adını bu qraflıqdan almışdır. Normalda qara rəngdədir, lakin burun, ayaqların alt hissəsi və quyruq ucunda ağ ləkələr var. Bu cins Böyük Britaniyada nadir hesab olunur. Avstraliya, Yaponiya, Yeni Zelandiya və Amerika Birləşmiş Ştatları daxil olmaqla bir çox ölkəyə ixrac edilmişdir və bəzi ölkələrdə geniş yayılmışdır

2008-ci ildə "təhlükədə olan" cins kimi qeyd edilmişdi. O zaman 300-dən az yetişdirici ana donuzun qaldığı məlum idi, lakin Yaponiyanın "donuz üçün wagyu" kimi marketinq strategiyası ilə əlaqədar bu cinsin populyarlığının artması ilə sayı artmışdır. Berkşir cinsi bir çox ölkəyə ixrac edilmişdir və bəzi ölkələrdə geniş yayılmışdır. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının DAD-IS məlumat bazasına 23 ölkə tərəfindən hesabat verilmişdir.Rare Breeds Survival Trust watch list. Rare Breeds Survival Trust. Archived 31 July 2008

BAŞ-a ixrac XIX əsrin əvvəllərində başlamışdır. 1875-ci ildə qurulan American Berkshire Association bir donuz cinsi üçün ilk cins cəmiyyəti idi. 

Berkşir donuzu orta ölçülü bir cinsdir. Tam yetişmiş donuzlar təxminən 280 kq, ana donuzlar isə təxminən 220 kq çəkiyə malikdir. Qara rəngdədir və altı ağ ləkəyə malikdir, dörd ağ ayaq, burunda ağ ləkə və quyruq ucunda ağ nöqtə var. Qulaqları dikdir.Barbara Rischkowsky, Dafydd Pilling (editors) (2007). List of breeds documented in the Global Databank for Animal Genetic Resources, annex to The State of the World's Animal Genetic Resources for Food and Agriculture. Rome: Commission on Genetic Resources for Food and Agriculture, Food and Agriculture Organization of the United Nations. . Archived 23 June 2020.

O, ət istehsalı üçün yetişdirilir. Ətin nisbətən aşağı pH səviyyəsi var, lakin yüksək pH normalda istehlakçı məmnuniyyəti ilə əlaqələndirilsə də, Berkshire donuz əti ABŞ-da dad testlərində yüksək qiymətləndirilmişdir.Valerie Porter, Lawrence Alderson, Stephen J.G. Hall, D. Phillip Sponenberg (2016). Mason's World Encyclopedia of Livestock Breeds and Breeding (sixth edition). Wallingford: CABI. .

Qalereya

İstinadlar

Xarici keçidlər

Беркширская порода свиней // :ru:Сельскохозяйственный энциклопедический словарь. — : Советская энциклопедия, 1989.

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Donuzlar