Etiqad Vəli oğlu Atakişiyev — Azərbaycanın peşəkar MMA (qarışıq döyüş növləri) döyüşçüsü, MMA üzrə ilk azərbaycanlı dünya çempionu (2013) və bu idman növü üzrə Azərbaycanda "idman ustası" adı alan ilk idmançı, məşqçi. Azərbaycan MMA Federasiyasının sabiq vitse-prezidenti.

Həyatı və karyerası Etiqad Atakişiyev peşəkar idman karyerasına 2007-ci ildən başlamışdır. O, əsasən yarım-orta (welterweight) çəki dərəcəsində (77 kq) çıxış edir. Boyu 178 sm-dir. Karyerası ərzində müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən M-1 Challenge və WMMAA (World Mixed Martial Arts Association) çərçivəsində döyüşlər keçirmişdir.

2008-ci ildə İranın paytaxtı Tehranda keçirilən qaydasız döyüş üzrə Dünya çempionatında 77 kq çəki dərəcəsində gümüş medal qazanaraq Dünya 2-cisi olub.

2012-ci ildə Sankt-Peterburqdakı “Buz” İdman Sarayında qarışıq döyüş üzrə birinci açıq Avropa çempionatında gümüş medal qazanıb.

Dünya Çempionluğu 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MMA üzrə rəsmi Dünya Çempionatında Etiqad Atakişiyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır. O, finalda Ukrayna təmsilçisi Oleq Xaçaturovu məğlub edərək dünya çempionu tituluna sahib olmuşdur. Bu qələbə ilə o, MMA tarixində dünya çempionu olan ilk azərbaycanlı idmançı kimi tarixə düşmüşdür.

İdman Ustası 2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qərarı ilə Etiqad Atakişiyevə MMA üzrə "İdman Ustası" adı verilib. O, rəsmi olaraq bu fəxri adı alan ilk azərbaycanlı MMA döyüşçüsüdür.

Peşəkar döyüş statistikası Sherdog və digər rəsmi idman portallarının məlumatlarına görə, onun bəzi əsas döyüşləri: 2016: Adrian Perez Vinas (Qələbə - M-1 Challenge 67) 2013: Oleq Xaçaturov (Qələbə - Dünya Çempionatı, Final) 2013: Valentin Benişev (Qələbə - Dünya Çempionatı) 2007: Denis Romanov (Qələbə - Phoenix ProFight)

Nailiyyətləri

MMA üzrə Dünya Çempionu (2013) MMA üzrə Avropa Çempionatının gümüş medalçısı (2012) Azərbaycanın ilk MMA idman ustası (2014) Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kişi klubu (14.06.2015)