Köhnəkənd (əvvəlki adı: Qaraqoyunlu) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Köhnəkənd kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Kəndin keçmiş adı Qaraqoyunlu olmuşdur. Yaşayış məntəqəsi qədim Göyçə mahalının yanında yerləşən Qaraqoyunlu mahalından ermənilərin zorla didərgin saldığı azərbaycanlı ailələr tərəfindən salınmışdır. 1919-cu ildə yaxınlığındakı Yenikənd kəndi bina edildikdən sonra bu kənd Köhnəkənd adı ilə tanınmışdır.
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 572 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Gədəbəy rayonunun kəndləri