Lütfi Müfit Özdəş (; ) — Türkiyə hərbçisi və siyasətçisi.

Həyatı Mustafa Kamal və Əli Fuad bəy kimi zabitlərlə yaxın münasibətlər qurmuşdur. Bu dostları ilə birlikdə gizli bir qəzet nəşr etdirməyə təşəbbüsündə göstərmişdir. Sözügedən təşəbbüsə görə rütbəsinin geri alınması gözlənildiyi bir vaxtda Mustafa Kamal ilə birlikdə Dəməşqə sürgün edilmişdir.

Mustafa Kamal ilə İstanbulda başlayan dostluqları Dəməşqdə daha da möhkəmlənmişdir. Dəməşqdə tanış olduqları, siyasətlə maraqlandığı üçün İstanbuldan uzaqlaşdırılmış tibb tələbəsi Mustafa Əfəndi onların fikirlərinə yeni elementlər əlavə etmişdir. Onlar düşüncələrini həyata keçirmək məqsədilə bir təşkilat qurmağa qərar vermiş və Vətən və Hürriyyət Cəmiyyətini yaratmışdır.Türk Parlamento Tarihi Araştırma Grubu, TBMB - II. Dönem 1923-1927 - III. Cilt: II. Dönem Milletvekillerin Özgeçmişleri, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 1995, , pp. 523-524. Mustafa Əfəndinin dükanı gizli təşkilatın qərargahı kimi istifadə olunmuşdur. Lütfi Müfit Mustafa Kamalın yanında yer almış və Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcından sonuna qədər cəbhələrdə xidmət etmişdir. Müharibədən sonra qırmızı zolaqlı "İstiqlal" medalı ilə təltif edilmişdir.

1923-cü ildə mayor rütbəsində ikən təqaüdə çıxmışdır. Türkiyə Böyük Millət Məclisinin II (ara seçki), III, IV və V dövrlərində Kırşəhər millət vəkili olmuş, II dövrdə isə Diyarbəkir İstiqlal Məhkəməsinin üzvü kimi fəaliyyət göstərmişdir. Məhkəmə fəaliyyətinin ilkin mərhələsində əsasən İstanbulda yaşayan kürd elitasını, xüsusilə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin keçmiş üzvlərini hədəf almış və onların bir qismini ölüm cəzasına məhkum etmişdir. Cəmiyyətin keçmiş rəhbərləri Seyyid Əbdülqədir və onun oğlu Seyyid Mehmed, Fuad Berxo və jurnalist Hizanizadə Kamal Fövzi 27 may 1925-ci ildə Diyarbəkir Ulu məscidinin qarşısında edam edilmişdir. Məhkəmənin çıxardığı hökmlər qəti xarakter daşıyır və apellyasiya qaydasında şikayət edilə bilmirdi.

Özdəş bu müddət ərzində bir dövr Şəhərəmanəti müfəttişi vəzifəsini də icra etmişdir. 1940-cı ildə İstanbulda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları