Arif Ağacan oğlu Səlimov () — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Türkiyə Tübitak Mükafatı Laureatı (PPÖ), Prezident yanında AAK-nın Ekspert Şurasının sədri, BDU-da kafedra müdiri

Həyatı Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980–1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1983-cü ildə aspiranturanı bitirmədən əvvəl dissertasiyasını müdafiyəyə təqdim etmiş və 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V. V. Vişnevskininhttps://mathgenealogy.org/id.php?id=189023 V. V. Vişnevskihttp://www.mathnet.ru/links/3e50d0c648ccdc0dc94c709e0615200c/uzku477.pdf Очерк научной и педагогической деятельности В. В. Вишневского elmi rəhbərliyi altında namizədlik (PhD) dissertasiyasını müdafiə etmişdir. 1983–1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru (D.Sc.) dissertasiyasını müdafiə etmişdir və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.

Evlidir, 2 övladı var.https://web.archive.org/web/20120112055805/http://www.azertag.com/node/902988 Azərbaycanlı tələbə Türkiyədə rezidentura imtahanında xarici tələbələr arasında ən yüksək nəticə göstərmişdirhttp://www.youtube.com/watch?v=UZXuBIzBMeg Eylul 2011 Yabancılar TUS Birincisi — Asif SELİMOV

Elmi fəaliyyəti Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 17 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir, doktor və post-doktor tələbələrindən 6-sı hal-hazırda professordur. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən çox elmi əsəri vardır. Bunlardan 75-i (çoxu SCI-Exp indeksli olmaqla) ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Almaniya, Fransa, İtaliya, Hollandiya, Polşa, Macarıstan, Türkiyə və s. ölkələrin Web of Science (Clarivate Analytics)Salimov Arif A., Personal web page: Scopus bazasına daxil olan elmi jurnallarda çap olunmuşdur. O həm də 3 "Web of Science" jurnalında redaksiya heyətinin üzvüdür. Arif Səlimovun "Tensor operators and their applications" adlı monoqrafiyası 2012-ci ildə ABŞ-nin "Nova Science Publishers" nəşriyyatının "Mathematics Research Developments" seriyasında çap edilib. 2023-cü ildə isə onun "Applications of holomorphic functions in geometry" adlı monoqrafiyası "Springer/Birkhäuser" nəşriyyatında çap olunub. Arif Səlimov 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və Mexanika" üzrə Ekspert Şurasının sədridir. O həm də Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilib.

Türkiyədə fəaliyyəti 1995–2017-ci illərdə Türkiyənin Atatürk Universitetində çalışmışdır (1995/1998 — Dosent, 1998/2017 — Professor).

Mükafatları Layihə rəhbəri olduğu 4 layihəsi və elmi məsləhətçisi olduğu 1 layihə (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111, MFAG-116F230, MFAG-122F131) Türkiyə Dövlətinin Elmi və Texnoloji Tədqiqatlar Komitəsinin (TÜBİTAK-ın) qrantlarını almışdır. Onun "Tensor operators and their applications" adlı kitabı 2013-cü ildə Türkiyədə "AÜ Bilimsel Teşvik Birincilik Ödülü" mükafatına layiq görülmüşdir. Elmi layihələrə rəhbərlikdə əldə etdiyi nailiyyətlərinə görə Arif Səlimov 2015-ci ildə Türkiyənin elm sahəsində ən prestijli mükafatlarından biri olan "TÜBİTAK PPÖ-Proje Performans Ödülü" adlı Dövlət Mükafatına layiq görülmüşdür, 2016-cı ildə isə Çankaya (Ankara) Universiteti qurucusu Sıtkı Alp adına Atatürk Universitetinin təsis etdiyi "Bilimsel Teşvik Ödülü" nü də almışdır. Bakı Dövlət Universitetinin "Elm günü"nə həsr olunmuş 2019-cu il müsabiqəsinin qalibləri arasında Arif Səlimov da yer almışdır. Arif Səlimov elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. O Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin medalı ilə də təltif olunub (2023, Qazaxıstan). 2024-cü ildə Arif Səlimov riyaziyyat sahəsindəki nailiyyətlərinə görə Türk Dünyası Elm Mükafatı olan Əl-Xarəzmi mükafatına layiq görülüb.

Seçilmiş əsərləri Салимов А. А. Почти аналитичность римановой метрики и интегрируемоть структуры. Тр. геом. сем., Казанск. Ун-т, вып. 15 (1983), 72–78 (Russia). Салимов А. А. Fi-оператор и почти аналитичность. Дифференц. геометрия, Саратовск. Ун.-т, вып. 7 (1983), 73–80 (Russia). Салимов А. А. Голоморфно-проективные преобразования связности на многообразиях со структурами, определяемыми алгебрами. Тр. геом. сем., Казанск. Ун-т, вып. 16 (1984), 91–103 (Russia). Салимов А. А. Замечание о почти интегрируемости структуры. Изв. вузов Матем., 1985, N 12, 70–71. Salimov A. A. A remark on almost-integrability of a structure; translation in Soviet Math. (Iz. VUZ) 29 (1985), no. 12, 99–101 (SCI-Exp., Russia, USA). Салимов А. А. Почти интегрируемости полиаффинорной структуры. Изв. вузов Матем., 1988, N 6, 78–80. Salimov A. A. Almost integrability of a poly-affine structure; translation in Soviet Math. (Iz. VUZ) 32 (1988), no. 6, 110–113 (SCI-Exp., Russia, USA). Салимов А. А. Квазиголоморфное отображение и тензорное расслоение. Изв. вузов Матем., 1989, N 12, 73–76. Salimov A. A. Quasiholomorphic mapping and a tensor bundle; translation in Soviet Math. (Iz. VUZ) 33 (1989), no. 12, 89–92 (SCI-Exp., Russia, USA). Салимов А. А. Квази A-голоморфное сечение гибридного подрасслоения. Тр. геом. сем., Казанск. Ун-т, вып. 21 (1991), 85–93 (Russia). Салимов А. А. Почти psi-голоморфные тензоры и их свойства. ДАН России, т.324 (1992), N 3, 533–536. Salimov A. A. Almost psi-holomorphic tensors and their properties; translation in Russian Acad. Sci. Dokl. Math. 45 (1992), no. 3, 602–605 (1993) (SCI-Exp., Russia, USA). Салимов А. А. Полные лифты тензорных полей в чистое тензорное подрасслоение. Тр. геом. сем., Казанск. Ун-т, вып. 22 (1994), 69–78 (Russia). Салимов А. А. Новый метод в теории лифтов тензорных полей в тензорное расслоение. Изв. вузов Матем., 1994, N 3, 69–75. Salimov A. A. A new method in the theory of liftings of tensor fields in a tensor bundle; translation in Russian Math. (Iz. VUZ) 38 (1994), no. 3, 67–73 (Russia, USA). Salimov A. A. Generalized Yano-Ako operator and the complete lift of tensor fields. Tensor (N. S.) 55 (1994), no. 2, 142–146 (Japan). Салимов А. А. Лифты полиаффинорных структур на чистых сечениях тензорного расслоения. Изв. вузов Матем., 1996, N 10, 55–62. Salimov A. A. Lifts of poly-affinor structures on pure sections of a tensor bundle; translation in Russian Math. (Iz. VUZ) 40 (1996), no. 10, 52–59 (Russia, USA). Mağden A., Kamali M., Salimov A. A. The Tachibana operator and transfer of lifts. Turkish J. Math. 22 (1998), no. 1, 109–117 (Turkey). Salimov A. A., Mağden A. Complete lifts of tensor fields on a pure cross-section in the tensor bundle . Note Mat. 18 (1998), no. 1, 27–37 (1999) (Italia). Kopuzlu A., Salimov A. A. Geodesics in a tensor bundle. Turkish J. Math. 23 (1999), no. 2, 281–286 (Turkey). Mağden A., Kadıoğlu E., Salimov A. A. Applications of the Tachibana operator on problems of lifts. Turkish J. Math. 24 (2000), no. 2, 173–183 (Turkey). Salimov A. A., Kadıoğlu E. Lifts of derivations to the semitangent bundle. Turkish J. Math. 24 (2000), no. 3, 259–266 (Turkey). Магден А., Салимов А. А. Горизонтальные лифты тензорных полей на сечения тензорного расслоения. Изв. вузов Матем., 2001, N 3, 77–80. Magden A., Salimov A. A. Horizontal lifts of tensor fields to sections of the tangent bundle; translation in Russian Math. (Iz. VUZ) 45 (2001), no. 3, 73–76 (Russia, USA). Akbulut S., Özdemir M., Salimov A. A. Diagonal lift in the cotangent bundle and its applications. Turkish J. Math. 25 (2001), no. 4, 491–502 (Turkey). Cengız N., Salımov A. A. Complete lifts of derivations of special types to the tensor bundle. Math. Balkanica (N. S.) 15 (2001), no. 3–4, 265–274 (Bulgaria). Cengiz N., Salimov A. A. Complete lifts of derivations to tensor bundles. Bol. Soc. Mat. Mexicana (3) 8 (2002), no. 1, 75–82 (SCI-Exp., Mexico). Cengiz N., Salimov A. A. Geodesics in the tensor bundle of diagonal lifts. Hacet. J. Math. Stat. 31 (2002), 1–11 (Turkey). Cengiz N., Salimov A. A. Diagonal lift in the tensor bundle and its applications. Appl. Math. Comput. 142 (2003), no. 2–3, 309–319 (SCI-Exp., USA). Салимов А. А., Ченгиз Н. Поднятие римановых метрик на тензорные расслоения. Изв. вузов Матем., 2003, N 11, 51–59. Salimov A. A., Chengiz N. Lift of Riemannian metrics to tensor bundles; translation in Russian Math. (Iz. VUZ) 47 (2003), no. 11, 47–55 (2004) (Russia, USA). Mağden A., Cengiz N., Salimov A. A. Horizontal lift of affinor structures and its applications. Appl. Math. Comput. 156 (2004), no. 2, 455–461 (SCI-Exp., USA). Mağden A., Salimov A. A. Geodesics for complete lifts of affine connections in tensor bundles. Appl. Math. Comput. 151 (2004), no. 3, 863–868 (SCI-Exp., USA). Iscan M., Salimov AA. On a connection between the theory of Tachibana operators and the theory of B-manifolds. Hacet. J. Math. Stat. 34 (2005), 47–53 (Turkey). Подковырин А. С., Салимов А. А., Шурыгин В. В. Очерк научной и педагогической деятельности В. В. Вишневского (к 75-летию со дня рождения). Уч. Запис. Казан. Гос. Ун.-та 147 (2005), кн.1, 26–36 (Russia). Cengiz N., Tarakci O., Salimov A. A. A note on Kaehlerian manifolds. Turkish J. Math. 30 (2006), no. 4, 439–445 (Turkey). Magden A., Salimov A. A. On applications of the Yano-Ako operator. Acta Univ. Palack. Olomuc. Fac. Rerum Natur. Math. 45 (2006), 135–141 (Czech). Salimov A. A., Iscan M., Etayo F. Paraholomorphic B-manifold and its properties. Topology Appl. 154 (2007), no. 4, 925–933 (SCI-Exp., Holland). Gezer A., Salimov A. A. The lifts of a derivation determined by and their applications. Math. Balkanica (N. S.) 21 (2007), no. 1–2, 71–78 (Bulgaria). Салимов А. А. Геометрия жизненного пути (О научной деятельности проф. В. А. Игошина), В кн.: Твои, Россия, Имена, Изд.-во "Диалог Культур", Н. Новгород, 2008, с.141–142(Russia). Gezer A., Salimov A. A. Diagonal lifts of tensor fields of type (1,1) on cross-sections in tensor bundles and its applications. J. Korean Math. Soc. 45 (2008), no. 2, 367–376 (SCI-Exp., South Korea). Gezer A., Salimov A. A. Almost complex structures on the tensor bundles. Arab. J. Sci. Eng. Sect. A Sci. 33 (2008), no. 2, 283–296 (SCI-Exp., Saudi Arabia). Salimov A. A., Iscan M., Akbulut K. Some remarks concerning hyperholomorphic B-manifolds. Chin. Ann. Math. Ser. B 29 (2008), no. 6, 631–640 (SCI-Exp., China). Salimov A. A., Kazimova S. Geodesics of Cheeger-Gromoll metric. Turkish J. Math. 33 (2009), no. 1, 99–105 (SCI-Exp., Turkey). Salimov A. A., Akbulut K., Aslanci S. A note on integrability of almost product riemannian structures. Arab. J. Sci. Eng. Sect. A Sci. 34 (2009), no. 1, 153–157 (SCI-Exp., Saudi Arabia). Iscan M., Salimov AA. On Kahler-Norden manifolds. Proc. Indian Acad. Sci.(Math. Sci.) 119 (2009), no.1, 71–80 (SCI-Exp., India). Salimov AA., Akbulut K. A note on a paraholomorphic Cheeger-Gromoll metric. Proc. Indian Acad. Sci.(Math. Sci.) 119 (2009), no.2, 187–195 (SCI-Exp., India). Salimov A. A., Gezer A., Akbulut K. Geodesics of Sasakian metrics on tensor bundles. Mediterr. J. Math. 6 (2009), no.2, 135–147 (SCI-Exp., Italia).