thumb|alt=Lift paneli, üzərində Brayl işarələri olan mərtəbə düymələrini göstərir|Üzərində brayl hərfləri olan lift düymələri alt=Uşaq arabası ilə bir qadın küçə səviyyəsinin üzərindəki stansiyaya çıxmaq üçün platform liftindən istifadə edir|thumb|Braziliyanın Kuritiba şəhərindəki ictimai nəqliyyat sistemi əlil arabası liftləri vasitəsilə universal çıxış imkanı təqdim edir. Müyəssərlik, əlçatanlıq, əlverişlilik — məhsulların, qurğuların, xidmətlərin, nəqliyyat vasitələrinin və ya mühitlərin əlilliyi olan şəxslər tərəfindən istifadə oluna biləcək şəkildə layihələndirilməsi. Müyəssər dizayn anlayışı və müyəssərliyin tətbiqi həm "birbaşa çıxışı" (yəni köməksiz istifadəni), həm də "dolayı çıxışı", yəni şəxsin köməkçi texnologiyaları ilə (məsələn, kompüter ekran oxuyucuları) uyğunluğu təmin edir.
Müyəssərlik hər hansı bir sistemə və ya quruma "çıxış əldə etmə imkanı" və ondan faydalanma bacarığı kimi dəyərləndirilə bilər. Bu anlayış əsasən əlilliyi olan şəxslər üçün çıxışın təmin edilməsinə və ya köməkçi texnologiyalardan istifadə yolu ilə çıxışın mümkün edilməsinə yönəlmişdir; Lakin müyəssərlik sahəsində aparılan tədqiqatlar və inkişaf işləri hər kəs üçün fayda yaradır.
Müyəssərlik istifadəyə yararlılıqla qarışdırılmamalıdır; istifadəyə yararlılıq məhsulun (məsələn, qurğunun, xidmətin və ya mühitin) müəyyən istifadəçilər tərəfindən müəyyən istifadə kontekstində effektivlik, səmərəlilik və məmnunluqla konkret məqsədlərə nail olmaq üçün istifadə oluna bilmə dərəcəsini ifadə edir.
Müyəssərlik həmçinin mümkün qədər geniş insan qrupları və mümkün qədər müxtəlif vəziyyətlər üçün yararlı məhsulların yaradılması prosesi olan universal dizaynla sıx bağlıdır. Universal dizayn adətən həm əlilliyi olan şəxsləri, həm də əhalinin qalan hissəsini əhatə edə bilən vahid ümumi həll təqdim edir. Bunun əksinə olaraq, müyəssər dizayn əlilliyi olan şəxslər də daxil olmaqla bütün insanlar üçün müyəssərliyə maneələrin olmamasının təmin edilməsinə yönəlmişdir.
Qanunvericilikdə Əlillərin hüquqları hərəkatı sosial, siyasi və iqtisadi həyata bərabər çıxışı müdafiə edir; bu, təkcə fiziki çıxışı deyil, həm də əlilliyi olmayan şəxslərlə eyni alətlərə, xidmətlərə, təşkilatlara və obyektlərə (məsələn, muzeylərə) çıxışı əhatə edir. BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasının 9-cu maddəsi tərəfdaş dövlətləri öz ölkələrində tam müyəssərliyin təmin edilməsinə öhdəlik götürməyə çağırır.
Termin tez-tez hərəkət qabiliyyəti məhdud şəxslərə kömək etmək üçün infrastruktur və xidmətləri, məsələn, əlil arabası rampalarını təsvir etmək üçün istifadə olunsa da, digər əlillik növlərini də əhatə edə bilər. Buna görə də əlçatan infrastruktur Brayl hərflər, liftlər, piyada keçidlərində səsli siqnallar, yol konturları, veb-saytların müyəssərliyi və müyəssər nəşr kimi sahələrə qədər genişlənir.
İstinadlar
Kateqoriya:Müyəssərlik Kateqoriya:Şəhərsalma dizaynı Kateqoriya:Nəqliyyat planlaşdırılması