Uşak Universiteti — Türkiyənin Uşak vilayətində yerləşən ali təhsil müəssisəsi.
Tarixi Universitetin yaradılmasına dair qərar 1 mart 2006-cı il tarixli və 5467 saylı Rəsmi Qəzetdə dərc olunmuşdur."1 Mart 2006 tarihli ve 5467 sayılı Resmî gazete" . resmigazete.gov.tr. 1 Mart 2006. 9 Temmuz 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 28 Haziran 2012. 2006-cı ildə 4 fakültə və 5 peşə məktəbi ilə Afyon Kocatepe Universitetindən ayrılaraq Uşak Universiteti adı altında fəaliyyətə başlamışdır.
Universitetin qurucu rektoru Prezident Əhməd Necdət Sezər tərəfindən təyin olunan Adnan Şişman olmuşdur. 2011-ci ildə keçirilən rektor seçkilərini qazanan Sait Çəlik, Prezident Abdullah Gül tərəfindən ikinci rektor olaraq təyin edilmişdir. 2015-ci ildə isə Prezident Tayyib Ərdoğan tərəfindən Türkiyə Respublikası Konstitusiyasının 130-cu maddəsi və 2547 saylı Ali Təhsil Qanununun 13-cü maddəsinə əsasən, Ali Təhsil Şurasının təklif etdiyi namizədlər arasından Prof. Dr. Sait Çəlik ikinci dəfə Uşak Universitetinin rektoru təyin edilmişdir. Rektor Çəlik daha 4 il müddətinə vəzifəsini davam etdirəcəkdir. Sait Çəlik Uşak Universitetində keçirilən namizəd seçkilərində 267 müəllim üzvündən ümumilikdə 171 səs qazanmışdır."Rektör Çelik Yeniden Atandı" 30 Temmuz 2015 tarihinde Wayback Machine sitesinde arşivlendi. Erişim Tarihi: 27.07.2015
Tərkibi
Fakültələr
Stomatologiya fakültəsi Təhsil fakültəsi Humanitar və sosial elmlər fakültəsi Təsviri incəsənət fakültəsi Kommunikasiya fakültəsi İqtisadiyyat və inzibati elmlər fakültəsi İlahiyyat fakültəsi Memarlıq və dizayn fakültəsi Mühəndislik və təbiət elmləri fakültəsi Səhiyyə elmləri fakültəsi İdman elmləri fakültəsi Tibb fakültəsi Tətbiqi elmlər fakültəsi Kənd təsərrüfatı fakültəsi
Peşə Məktəbləri
Banaz Peşə Məktəbi Eşme Peşə Məktəbi Qarahallı Peşə Məktəbi Səhiyyə Xidmətləri Peşə Məktəbi Sivaslı Peşə Məktəbi Mülki Aviasiya Peşə Məktəbi Sosial Elmlər Peşə Məktəbi Texniki Elmlər Peşə Məktəbi Ulubəy Peşə Məktəbi Uzaqdan Təhsil Peşə Məktəbi
İnstitutlar
Doktorantura Təhsili İnstitutu
Kolleclər
Xarici Dillər Kolleci
Tətbiq və Tədqiqat Mərkəzləri
Vətəndaş Cəmiyyəti Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi Dəri, Tekstil və Şeramika Dizaynı Tətbiq və Tədqiqat Mərkəzi Uşak Universiteti Xalça Tətbiq və Tədqiqat Mərkəzi Enerji, Ətraf Mühit və Davamlılıq Tətbiq və Tədqiqat Mərkəzi (ENCES) Ağız və Diş Sağlığı Tətbiq və Tədqiqat Mərkəzi Uzaqdan Təhsil Tətbiq və Tədqiqat Mərkəzi (UZEM) İslam Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi (İSARMER) Atatürk Prinsipləri və İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi Avropa Birliyi Təhsil, Araşdırma və Tətbiq Mərkəzi (ABEAUM) Bankçılıq və Sığortaçılıq Tətbiq və Tədqiqat Mərkəzi (BSUAMER) Elmi Analiz və Texnoloji Tətbiq və Tədqiqat Mərkəzi (UBATAM) Zəlzələ Tətbiq və Tədqiqat Mərkəzi (UDAM) Sənaye Çətənəsi Tətbiq və Tədqiqat Mərkəzi (EKUAM) Miqrasiya Araşdırmaları və Siyasət Tətbiq və Tədqiqat Mərkəzi Lidya Bölgəsi Tətbiq və Tədqiqat Mərkəzi Qadın və Ailə Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi (UKSAM) Səhiyyə Xidmətləri Təhsil, Tətbiq və Tədqiqat Mərkəzi Davamlı Təhsil Tətbiq və Tədqiqat Mərkəzi (USEM) Kənd Təsərrüfatı və Təbiət Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi Türk Dünyası Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi (TÜDAM) Türk Dilinin Tədrisi Tətbiq və Tədqiqat Mərkəzi (TÖMER)
Uşak Universiteti Qapalı İdman Mərkəzi 2014-cü ilin mart ayında açılış mərasimi keçirilən idman mərkəzində aşağıdakı bölmələr fəaliyyət göstərir:Yavaş, Özkan (19 Mart 2015). "Uşak Üniversitesi Kapalı Spor Merkezi Açıldı".
Uşak Universiteti idman zalı (2000 nəfərlik tutuma malik) Yarım olimpiya üzgüçülük hovuzu (əlillər üçün liftlə təchiz olunmuş) Cakuzi, sauna və buxar otaqları Fitness zalı
Rektorlar
Prof. Dr. Adnan Şişman (2007 – 2011) Prof. Dr. Sait Çəlik (2011 – 2017) Prof. Dr. Əkrəm Savaş (2017 – 12 dekabr 2025) Prof. Dr. Əhməd Dəmir (12 dekabr 2025 – davam edir)
Xarici əlaqələr Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler 15 Şubat 2019 tarihinde Wayback Machine sitesinde arşivlendi. kunib.com
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri