thumb|250x250px|Dünya xəritəsində Hind-Malaya ərazisi

Hind-Malaya və ya Hind-Malaya zonası — Cənubi və Cənub-Şərqi Asiya ərazilərini əhatə edən biocoğrafi region. Malay və Hindistan yarımzonalarına ayrılır.

Hind-Malaya zonası Alfred Uolles tərəfindən müəyyən edilmişdir və aşağıda göstərilmiş yarımzonalardan ibarətdir:

Malay yarımzonası; Zond yarımzonası; Hindistan və Hind-Çin yarımzonaları; Filippin yarımzonası; Sulavesi yarımzonası; Papuasiya yarımzonası.

Hind-Malaya regionunda əsasən meşə faunası üstünlük təşkil edir. Bu zonada arekakimilər və ev toyuğu kimi növlər təkamül keçirmişdir. Regionda təxminən 1900 quş növü yaşayır; bunlara demək olar ki, bütün qırqovullar daxildir. Həmçinin də ən qədim doqquz lifistiomorf hörümçək növündən yeddisi bu zonada yayılmışdır. Bu zonada pandalar, yunqanadlar, tupaylar, oranqutanlar, hibbonlar, proboscis meymunları, lanqurlar, makakaların bir növü istisna olmaqla hamısı, qaviallar, yekəbaş tısbağalar, Kalimantan qulaqsız varanı, uropeltidae, acrochordus,canavarlar, kirpilər, marallar, antiloplar, panqolinlər, zolaqlı kaftarlar, kərgədanlar, buqələmunlar, adi Asiya fili yaşayır.

1970-ci illərdən etibarən, Hind-Malaya tropik meşələri regionda kənd təsərrüfatı sahəsinin inkişafı ilə əlaqədar olaraq ciddi dəyişikliklərə məruz qalmışdır. 1950-1990-cı illər arasında bu zonada yerləşən torpaq sahələrinin təxmini olaraq beş faizi əkin sahələrinə çevrilmiş və bu da öz növbəsində bir çox növün yaşayış mühitinin itirilməsinə səbəb olmuşdur.

İstinadlar

Ədəbiyyat siyahısı

Wikramanayake, E., E. Dinerstein, C. J. Loucks, D. M. Olson, J. Morrison, J. L. Lamoreux, M. McKnight, and P. Hedao. 2002. Terrestrial ecoregions of the Indo-Pacific: a conservation assessment. Island Press, Washington, DC, USA, .

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Hind-Malaya Kateqoriya:Asiyada təbiətşünaslıq Kateqoriya:Asiya təbiəti Kateqoriya:Asiyanın ekoregionları Kateqoriya:Biocoğrafiya Kateqoriya:Biocoğrafi regionlar Kateqoriya:Fitocoğrafiya Kateqoriya:Tropik Asiya florası