Keloid, orijinal yaradan daha böyük olan sərt, qabarıq, rezin kimi çapıq sahəsidir. Rəngi dəri tonu ilə eyni, qırmızı və ya daha tünd ola bilər və qaşınma, yanma və ya ağrı da yarana bilər. İlkin zədədən aylar sonra əmələ gələ bilər
Bunlar genetik və ətraf mühit amillərinin kombinasiyası səbəbindən baş verir. Risk qrupuna daxil olan şəxslərdə onlar istənilən dərəcədə dəri zədələnməsindən sonra yarana bilər. Qeyri-adi şəkildə sağalmış yaralardan əmələ gələn çapıq adətən müayinədən sonra aşkar edilir, lakin təsdiq üçün biopsiya tələb olunur. Hipertrofik çapıqdan fərq ondadır ki, o, orijinal çapıqdan daha da böyüyür.
Müalicəsi çətindir. Müalicə növlərinə kortikosteroidlər, krioterapiya, cərrahi eksiziya, şüa terapiyası və lazer terapiyası daxildir. Tünd dərili insanlarda görülmə faizi 4,5% ilə 16% arasındadır. 10-30 yaş arası insanlar daha çox təsirlənirlər.
Mənbə
Kateqoriya:Dəri xəstəlikləri Kateqoriya:Kosmetologiya