thumb|right|II Əbdülhəmidin devrilməsi ilə bağlı Məclisi Millinin qərarını çatdırmaq vəzifəsi daşıyan və 27 aprel 1909-cu il, çərşənbə axşamı günü günortadan sonra saraya gələn dörd nəfərlik heyət: Soldan sağa) Arif Hikmət Paşa, Emanuel Qarasu Əfəndi, Əsəd Paşa, Aram Əfəndi və polkovnik Qalip bəy. Arif Hikmət Paşa (; ) — Osmanlı imperiyası hərbi və dövlət xadimi.
Gürcü əsilli olan Arif Paşa 1908-ci ilin avqustundan 1909-cu ilin fevralına və 1909-cu ilin mayından 1910-cu ilin yanvarına qədər Osmanlı imperiyasında iki dəfə Dəniz Qüvvələri naziri vəzifəsində çalışmış Osmanlı admiralı və siyasətçisi idi.
1909-cu ilin dekabrında Məclis-i Ayan (Senat) üzvü seçilib. Dəniz Qüvvələri Nazirliyi Arif Hikmət Paşa 1851-ci ildə anadan olub. O, 1 noyabr 1875-ci ildə Dəniz Akademiyadan məzun olub. Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
1908-ci ilin fevral ayının əvvəllərində sədrəzam Kamil Paşa ilə fikir ayrılığı olan Paşa istefa ərizəsini yazdı. Lakin Kamil Paşanın yeni nazir təyin olunana qədər vəzifəsində qalması xahişi ilə vəzifəsində qaldı. Hərbi nazirin vəzifədən alınması ilə əvəzedicinin təyin olunmasını gözləmədən Arif Hikmət Paşa 10 fevral 1909-cu ildə vəzifəsindən istefa verdi.
1897-ci ildə Bəhriyə (Dənizçilik) naziri Bozcaadalı Həsən Hüsnü Paşanın əmri ilə İstanbul dəniz Muzeyini qurdu. Muzeyin qurulmasında kapitan Süleyman Nütki bəyin də böyük rolu olmuşdur. Öncə Taşqızaqda yerləşən muzey daha sonra isə Beşiktaşa köçürüldü.
Arif Hikmət Paşa bir müddət Sultan II Əbdülhəmidin köməkçisi vəzifəsində çalışıb. 1908-ci ildə Bəhriyə (Dənizçilik) naziri təyin edilib.
31 mart hadisəsindən sonra o, II Əbdülhəmidin devrilməsi ilə bağlı Məclisi Millinin qərarını çatdırmaq vəzifəsi daşıyan və 27 aprel 1909-cu il, çərşənbə axşamı günü günortadan sonra saraya gələn dörd nəfərlik heyətin üzvü olub. Arif Hikmət Paşa bu vəzifəni 1910-cu ilə qədər aparıb.
Arif Hikmət Paşa 1915-ci ildə vəfat edib.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Osmanlı paşaları