thumb|Vəhşi təbiətin ən qorxulu canlılarından biri hesab olunan pələng
Vəhşi təbiət və ya yabanı həyat — əhlilləşdirilməmiş heyvan növlərini ifadə edir; bu anlayışa həmçinin insan tərəfindən nəzarət edilmədən yetişən və ya təbii, vəhşi ərazilərdə yaşayan bütün bitkilər, göbələklər və digər orqanizmlər də daxildirlər.
Yabanı həyata bütün ekosistemlərdə rast gəlmək mümkündür: səhralar, meşələr, yağış meşələri, düzənliklər, çəmənliklər və hətta yüksək səviyyədə inkişaf etmiş şəhər yaşayış məntəqələri də daxil olmaqla digər yerlərdə. Yabanı həyatın bir çox növləri mövcuddur. Populyar mədəniyyət bu termini müntəzəm olaraq insan amillərinin təsirinə məruz qalmamış heyvanlara aid etsə də, bir çox elm adamları yabanı həyatın insan amillərinin təsirinə məruz qalması fikri ilə razılaşırlar.
İnsanlar tarix boyu hüquqi, sosial və mənəvi aspektləri də əhatə edən bir çox yollarla vəhşi həyatdan mədəni həyata keçməyə meyilli olmuşlar. Pişiklər, itlər, siçanlar və çöl siçanları (gerbillər) kimi bəzi heyvanlar şəhərətrafı mühitə adaptasiya etmişlər. Müasir dövrdə fəallar vəhşi təbiətin insanların rifah və ya əyləncə məqsədləri üçün istismar edilməsinə qarşı etiraz edirlər.
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən dərc edilmiş hesabata əsasən, qlobal vəhşi təbiət populyasiyaları 1970–2014-cü illər arasında 52% azalmışdır.
İstinadlar
Xarici keçidlər
Wild Species Wild Animals Deserve Rights, Too. Current Affairs (magazine). November 24, 2025.
Kateqoriya:Vəhşi təbiət Kateqoriya:Heyvanlar Kateqoriya:Təbiət Kateqoriya:Ekoloji terminlər