Lüləburqaz Döyüşü (və ya Qaraağac Döyüşü, Pınarhasar Döyüşü)Aram Andonyan, Balkan Savaşı, Çev. Zaven Biberyan, Aras Yayıncılık, İstanbul, 1999, s. 472. ISBN 9789757265214. (Bolqar dilində: Битка при Люле-Бургас (Bitka pri Ljule-Burgas) Birinci Balkan müharibəsi zamanı, 29 oktyabr – 2 noyabr 1912 tarixlərində Bolqarıstan çarlığı ilə Osmanlı İmperiyası ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Bolqar ordusu qəti qələbə qazandı, Osmanlı ordusu isə ağır məğlubiyyətə uğradı. Bu döyüş, Kumanovo Döyüşü, Qırxkilsə Döyüşü və İmroz Dəniz Döyüşü ilə birlikdə, Osmanlı İmperiyasının Birinci Balkan Müharibəsini itirməsinə səbəb olan ən mühüm döyüşlərdən biri hesab edilir. Eyni zamanda, Birinci Balkan Müharibəsi zamanı ən böyük və ən genişmiqyaslı iştirakçı qüvvələri olan döyüşlərdən biridir.
Müharibədən əvvəl vəziyyət Bolqar Ordusu Osmanlı ordusunun taktiki və logistik səhvləri nəticəsində Qırxkilsə döyüşünü qazanan Bolqarıstanın 1-ci və 3-cü orduları Qırxlarəlini ələ keçirdi. Osmanlı Ordusu nizamsız şəkildə Lüləburqaz istiqamətinə geri çəkilməyə başladı. Eyni zamanda Bolqarıstanın 2-ci ordusu Ədirnəni tamamilə mühasirəyə aldı. Bununla birlikdə, Bolqar ordusu Osmanlı torpaqlarına yürüş edib Qırxkilsə Döyüşündə üç gün fasiləsiz döyüşdüyündən yorulmuşdu. Bu səbəbdən Bolqar komandirlər arxada başqa Osmanlı qüvvələrinin ola biləcəyini düşündüyü üçün qaçan əsgərləri süvari qüvvələri ilə təqib etmədilər, yalnız Qırxkilsə və yaxın kənd və qəsəbələri ələ keçirmək, Ədirnədəki taborların şərq ordusu ilə əlaqəsini kəsməklə kifayətləndilər. Bu vəziyyət Osmanlı ordusunu toplu məhv olmaqdan və ya daha ağır itkilərdən qorumuşdur. Qırxkilsədə toparlandıqdan dərhal sonra Bolqarıstanın 1-ci və 3-cü orduları 25 oktyabrdan etibarən yenidən Lüləburqaz istiqamətində irəliləməyə başladı. General Nazlimovun komandası altında olan Bolqar süvari diviziyası Ədirnə-İstanbul yolu boyunca irəliləyərək 25 oktyabrda Babaeskiyə heç bir müqavimətlə qarşılaşmadan daxil oldu. Ertəsi gün, 27 oktyabrda Saleh Paşa komandasındakı Türk süvari diviziyası ilə Bolqar süvariləri arasında Lüləburqazın qərb hissəsində döyüşlər başlandı. Yenə süvarilərinin arxasından 26 oktyabrda irəli hərəkətə keçən Bolqar piyadə diviziyaları, üç günlük yürüşdən sonra yalnız 28 oktyabrda Lüləburqaz mövqelərində Osmanlı əsgərləri ilə üz-üzə gəldilər.
Bolqar ordusu, Osmanlıların əksinə, ordu-kolordu-tümen sistemi ilə deyil, ordu-böyük tümenlər şəklində təşkil olunmuşdur. Bolqar ordusunun bu quruluşu müasir bir təşkilat hesab edilməsə də, müasir silahlar, avadanlıqlar və təcrübəli əsgər və zabit qüvvəsi vasitəsilə bu çatışmazlığı kompensasiya edə bilirdi. Bununla yanaşı, Osmanlı ordusu müasir tərzdə təşkil olunmuş olsa da, bu struktur üçün imperiyaya yardım edən hərbi heyət hələ işi tamamlaya bilməmişdi və Balkan Müharibəsi başladığından orduda bir çox sahələrdə problemlər mövcud idi.
thumb|left|upright=0.91|Bolqar ordusunun reallaşdırmaq istədiyi Hərəkət PlanıBolqarıstanın 3-cü Ordusu cəbhədən hücuma keçərək önündəki Osmanlı diviziyalarını (1-ci və 2-ci Şərq Orduları) geri çəkilməyə məcbur edərkən, daha zəif olan Bolqarıstanın 1-ci Ordusu isə Bolqar sol cinahından (cənubdan) dolanma əməliyyatına başlayaraq Osmanlı 1-ci Şərq Ordusunu gerilətməyi, Osmanlı xətlərini arxadan mühasirəyə alıb mühasirəyə düşən Osmanlı qüvvələrini məhv etməyi və ya geri çəkilməyə məcbur etməyi planlaşdırırdı. Bununla yanaşı, Bolqar Ordusu qeyri-adi bir şəkildə bütün süvari qüvvələrini cinahlarda və ya ön xətlərdə deyil, piyada və artilleriya taburlarının arxasında, cəbhə arxasında, mərkəzdə yerləşdirmişdi. Bu yerləşdirmə ilə süvari alaylarını döyüş zamanı çətin vəziyyətə düşən və ya dolanma əməliyyatı aparılması lazım olan cinaha göndərərək Osmanlı ordusunu daha da çətin vəziyyətə salmaq məqsədi güdülürdü.
Müharibəyə başkomandan olaraq qatılan Bolqarıstan Baş Qərargah Rəhbəri İvan Fiçevin komandasındakı və alt səviyyədə general Vasil Kutinçev və Radko Dimitriyevin rəhbərliyi altında olan 1-ci və 3-cü Bolqar orduları, 107386 piyadə, 116 pulemyot, 360 top və əlavə olaraq süvari alaylarından ibarət idi. Birliklərin piyada baxımından Osmanlılardan az olmasına baxmayaraq, top və pulemyot baxımından üstünlük sahibi idilər, logistika xətləri yaxşı təşkil edilmişdi və əsgərlərin hazırlığı tam idi. Qırxkilsə Döyüşündə qələbə qazanmaq onlara ruh yüksəkliyi vermişdi. Həmçinin, artilleriya və silahların təminatı tam şəkildə həyata keçirilmişdi. Bolqar orduları aşağıdakı qüvvələrdən ibarət idi:
Bolqarıstanın 1-ci Ordusu, General Vasil Kutinçev komandasında: 1-ci Sofiya Diviziyası; 10-cu Müvəqqəti Diviziya; 10-cu Süvari Alayı.
Qıxkilsə Döyüşündən sonra, Bolqarıstan 1-ci Ordusu 3-cü Piyada Diviziyası kimi güclü bir diviziyasını mühasirəyə alınmış Ədirnədən Osmanlılara yardım məqsədli hücum ehtimalına qarşı arxada saxlamışdı. Bu qərar ordunu xeyli zəiflətdi.
Bolqarıstanın 3-cü Ordusu, General Radko Dimitriyev komandasında:
4-cü Breslav Piyada Diviziyası (Diviziya generalı Kliment Boyadziyev);
5-ci Tuna Piyada Diviziyası (Diviziya generalı Pavel Hristov);
6-cı Vidin Piyada Diviziyası (Diviziya generalı Pravoslav Tenev);
8-ci Süvari Alayı;
3 ədəd topçu taboru.
Bolqar Ordusunun bu döyüşdəki ən güclü diviziyaları bu orduda yerləşirdi.
Bolqar Ordusunun planı sadə idi. Bolqarıstanın 3-cü Ordusu cəbhədən hücuma keçərək qarşısındakı Osmanlı diviziyalarını (1-ci və 2-ci Şərq Orduları) geri çəkilməyə məcbur edəcəkdi. Daha zəif olan Bolqarıstanın 1-ci Ordusu isə Bolqar sol cinahından (cənubdan) dolanma əməliyyatına başlayaraq Osmanlı 1-ci Şərq Ordusunu gerilədəcək, Osmanlı xətlərini arxadan mühasirəyə alacaq və mühasirəyə düşən Osmanlı qüvvələri ya məhv ediləcək, ya da geri çəkilməyə məcbur ediləcəkdi. Bununla yanaşı, Bolqar Ordusu qeyri-adi bir şəkildə bütün süvari qüvvələrini cinahlarda və ya ön xətlərdə deyil, piyada və artilleriya taborlarının arxasında, cəbhə arxasında, mərkəzdə yerləşdirmişdi. Bu yerləşdirmə ilə döyüş zamanı çətin vəziyyətə düşən və ya dolanma əməliyyatı aparılması lazım olan cinaha süvari alaylarını operativ şəkildə göndərərək Osmanlı ordusunu daha da çətin duruma salmaq hədəflənirdi. Bir növ, dəyişən vəziyyətə uyğun olaraq süvarilər vasitəsilə döyüşə və müharibə planlarına çeviklik qazandırmaq prinsipi qəbul edilmişdi. Bolqar komandirlərinin bu addımı döyüşün sonrakı mərhələlərində böyük üstünlüklər təmin etmişdir. Döyüş zamanı bolqarlar süvari alaylarını Osmanlı 1-ci Ordusunu cənubdan dolanmaq üçün istifadə etmişlər.
Osmanlı Ordusu thumb|right=0.91|Osmanlı ordusu Balkan döyüşünə qatılmaq üçün Sirkəci Dəmir yolu stansiyasında hazırlanarkən
thumb|left|upright=0.91|Osmanlı Ordusunun Lüləburqaz Döyüşündə həyata keçirmək istədiyi, lakin reallaşdıra bilmədiyi plan belə idi: 1-ci Ordu Lüləburqazda Bolqarıstanın 1-ci Ordusuna qarşı müqavimət göstərəcək, hətta bir qədər geri çəkilərək 1-ci Ordunun bütün hücumlarını bu sahəyə cəmləməsini təmin edəcəkdi. Bu vaxt 2-ci Şərq Ordusu korpusları ilə hücuma keçib irəliləyərək Bolqarıstanın 3-cü Ordusunu geri çəkilməyə məcbur edəcək, daha sonra isə Bolqarıstanın 1-ci Ordusunu mühasirəyə alıb məhv edəcək və ya geri çəkilməyə məcbur buraxacaqdı. Eynilə, Qırxkilsə Döyüşündə olduğu kimi, Mahmud Muxtar Paşanın komandanlığı altındakı 3-cü Korpus burada da ön cəbhədə döyüşərək həlledici rol oynayacaqdı. thumb|right=0.91|Osmanlı nizami əsgərləri: Bu əsgərlər uzun müddət orduda xidmət etdikləri üçün təlimli, nizamlı və peşəkar hərbçilərdir. thumb|right=0.91|Lüləburqaza doğru gedən Osmanlı taborundakı piyadalar. thumb|right=0.91|Lüləburqazda Osmanlı süvariləriLionel James, With the conquered Turk; the story of a latter-day adventurer; Boston, Small, Maynard and company,1913.
Osmanlı ordusunun 1-ci, 2-ci və 4-cü korpusları 25 oktyabr günü Lüləburqaz istiqamətində, şəhərin yaxınlığında coğrafi baxımdan müdafiə üçün ən əlverişli xətt hesab edilən Lüləburqaz–Pınarhasar xətti boyunca müdafiə mövqelərinə cəmləşdirildi. Bu vaxt Şərq ordusuna, itirilmiş və Ədirnədə mühasirədə qalan diviziyalara yaxın ərazilərdən müəyyən sayda təchizat və əlavə birliklər göndərilməyə başlandı. Lakin gətirilən bu qüvvələr əsasən nizami birliklər deyil, daha çox təcrübəsiz ehtiyatda olan əsgərlərdən ibarət idi. Baş komandan vəkili Nazim Paşa 25 oktyabrda yola çıxaraq 26 oktyabrda Çərkəzkəndə çatdı. Şərq Ordusunun qərargahı Çorluda yerləşirdi. Nazim Paşa əvvəlcə ordunun Ergenə çayına qədər geri çəkilməsi əmrini versə də, sonradan fikrini dəyişərək Lüləburqazda yeni bir döyüşün aparılması və Bolqar Ordusunun burada qarşılanması qərarını verdi. Digər korpus komandirləri Nazim Paşa ilə eyni mövqedə olsalar da, Şərq Ordusunun komandanı Birinci Ferik Abdullah Paşa, Baş Qərargah rəisi və korpus komandirləri ilə razı deyildi. Onun fikrincə, müdafiə üçün əlverişli digər xətt olan Çorlu xəttinə bütün birliklər çəkilməli və müdafiə döyüşü burada aparılmalı idi. Bunun üzərinə Abdullah Paşa Nazim Paşanın yanına gedərək Şərq Ordusu komandanlığından istefa vermək istədi, lakin istefası qəbul edilmədi. Nazim Paşa 27 oktyabr günü Lüləburqaz xəttinin müdafiə olunması barədə qəti əmr verdi. Beləliklə, Osmanlı Ordusu döyüşün təşkilində gecikdi və vaxt itkisinə məruz qaldı. Osmanlı ordusunun yaşadığı digər vaxt itkisi isə, Abdullah Paşanın istefasının qəbul edilməməsindən sonra cəbhəyə qayıdarkən, Nazim Paşanın Şərq Ordusunun yenidən strukturlaşdırılması barədə verdiyi əmr oldu. Bu əmr nəticəsində yetişən ehtiyatda olan diviziyaları ilə birlikdə Şərq Ordusu 1-ci Şərq Ordusu və 2-ci Şərq Ordusu olmaqla iki hissəyə bölündü və iki gün ərzində yenidən təşkil edildi. Şərq Ordusunun komandanı Abdullah Paşa da daxil olmaqla bir çox komandan bu vəziyyəti yalnız 28 oktyabrdan sonra öyrənə bildi, həmin tarixdə isə Bolqarlar artıq ön hücumlara başlamışdılar. Nazim Paşanın bu əmri həm vaxt itkisinə, həm də ordu daxilində idarəetmə qarışıqlığına səbəb oldu, bu vəziyyət döyüşdə ən çox Bolqar Ordusunun xeyrinə işlədi. Bununla yanaşı, Osmanlı ordusu gələn əlavələrlə birlikdə 126000 əsgər, 96 pulemyot və 342 topa, həmçinin 3500 nəfərlik süvari qüvvəsinə malik idi. Əsgər sayına görə Osmanlılar üstün olsalar da, top və pulemyot baxımından Bolqarlar üstün idi. Üstəlik, Osmanlı alaylarının böyük hissəsi, Qırxkilsə Döyüşündə olduğu kimi, ehtiyatda olan əsgərlərindən ibarət idi və nizami əsgər təchizatı kifayət qədər həyata keçirilə bilməmişdi. Digər tərəfdən, əlavə olaraq göndərilən 17-ci və 18-ci korpuslar 28 sentyabr tarixinə qədər cəbhəyə tam şəkildə çata bilməmişdilər.
Nazim Paşa Osmanlı Ordusunu aşağıdakı şəkildə təşkil etmişdi: Onun tabeliyində hər iki orduya əmr verəcək olan Birinci Ferik Abdullah Paşa dayanırdı. Şərq Ordusu - Abuk Əhməd Paşanın komandanlığı altında 3 korpus və 1 süvari diviziyasından ibarət idi. I Korpus: 2-ci (natamam alaylı) Piyada Diviziyası, 3-cü Piyada Diviziyası, 1-ci Müvəqqəti Piyada Diviziyası, Uşak ehtiyat Diviziyası II Korpus: 4-cü (natamam alaylı) Piyada Diviziyası, 5-ci Piyada Diviziyası, Kastamonu ehtiyat Diviziyası IV Korpus: 12-ci (natamam alaylı) Piyada Diviziyası, İzmit ehtiyat Diviziyası, Çanaqqala ehtiyat Diviziyası Bundan əlavə, bu ordunun tabeliyinə “müstəqil süvari diviziyası” verilmişdi. Şərq Ordusu - Həmdi Paşanın komandanlığı altında 3 korpus və 1 süvari diviziyasından ibarət idi. III Korpus (Mahmud Muxtar Paşanın komandanlığında): 7-ci (natamam alaylı) Piyada Diviziyası, 8-ci (natamam alaylı) Piyada Diviziyası, 9-cu (natamam alaylı) Piyada Diviziyası, Konya ehtiyat Diviziyası, Amasya ehtiyat Diviziyası. XVII Müvəqqəti Korpus: Samsun ehtiyat Diviziyası, Ereğli ehtiyat Diviziyası və Trabzon ehtiyat Diviziyasından ibarət idi. XVIII Müvəqqəti Korpus: Yozqat ehtiyat Diviziyası, Ankara ehtiyat Diviziyası və Aydın ehtiyat Diviziyasından təşkil olunmuşdu. Bundan əlavə, “5-ci yüngül süvari alayı” da bu ordunun ixtiyarına verilmişdi.