Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur.

Tarixi Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur. left|thumb|240x240px|Ruje de Lil ilk dəfə Marselyezanı ifa edərkən (İsidor Pilsin çəkdiyi rəsm)

Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.

Kateqoriya:Dövlət himnləri Kateqoriya:Fransanın dövlət rəmzləri Kateqoriya:Ölkələrinə görə himnlər Kateqoriya:Si-bemol major tonallığında olan əsərlər Kateqoriya:Avropa himnləri Kateqoriya:Böyük Fransa inqilabı Kateqoriya:Dünya Rəqəmsal Kitabxanası Kateqoriya:Fransız dilində mahnılar Kateqoriya:Rus dilində mahnılar Kateqoriya: Fransa hərbi marşları