Teponaztli — Mərkəzi Amerika hinduları (Asteklər və digər mədəniyyətlər) tərəfindən istifadə edilən zəbr musiqi aləti. O, oyuqları olan ağacdan oyulmuş üfüqi silindr formasındadır. Baraban formasındadır. Onun yuxarı hissəsində "H" şəklində düzülmüş oyuqlar, müxtəlif uzunluqlarına və ya qalınlıqlarına görə fərqli tonlar yaradan iki titrəyən "qamış" əmələ gətirir. Bəzən barabanın səsini artırmaq üçün alt hissəsində bir deşik açılırdı. Səs rezinlə örtülmüş çubuqlarla çıxarılırdı.Coe, p. 191-192.
Teponaztli zərb alətləri adətən tanrıların və ya mücərrəd əşyaların təsvirləri ilə oyulmuş və hətta heyvanlar və ya insanlar şəklində idi. Meksikanın cənub-mərkəzi hissəsində yerləşən Mixtec mədəniyyətinə aid Teponaztlilər hərbi və mifoloji səhnələrin relyef təsvirləri ilə tanınırlar.
Bu zərb alətlərinin uzunluğu 30 ilə 120 sm arasında dəyişir. Daha böyük zərb alətləri dayaq konstruksiyası ilə dəstəklənirdi, kiçik zərb alətləri isə çiyin üzərindən asmaq mümkün idi.Coe, p. 193-194.
İspan işğalından sonrakı Astek həyatını qələmə alan Fransiskan rahibi Toribio de Benavente teponaztlın (və ya onun dediyi kimi, contrabajos - "kontrabas") tez-tez huehuetl barabanı ilə birlikdə istifadə edildiyini iddia edirdi. Teponaztli rəqslərdə və şeir oxunuşlarında istifadə olunurdu - barabanın ritmini şeirlərin özlərində eşitmək olar: "totocoto tototo cototo tiquititi titiqui tiquito".
Astek mənbələri musiqini Tezkatlipoka (göy tanrısı) və Ketsalkoatl (külək tanrısı) tanrıları tərəfindən Yerə gətirilən bir hədiyyə kimi təsvir edir.
İstinadlar
Ədəbiyyat Coe, Michael D. (2002); Mexico: From the Olmecs to the Aztecs, London: Thames and Hudson. Collier, Simon; Skidmore, Thomas E.; Blakemore, Harold (1992) The Cambridge Encyclopedia of Latin America and the Caribbean, Cambridge World Encyclopedia, Cambridge University Press. Guggenheim Museum, The Aztec Empire: Catalogue of the Exhibition, Guggenheim Museum, New York.
Motolinia, Toribio de Benavente, :en:Historia de los Indios de la Nueva España . "Teponaztli", in Dictionary of Musical Instruments, University of Michigan School of Information, Cultural Heritage Initiative for Community Outreach, accessed April 2007. :en:Gabriel Pareyon "El teponaztli en la tradición musical mexica" Xarici keçidlər
Understanding the teponaztli rhythms, with audio files. Description and photo of an owl-shaped teponaztli at the British Museum. Description and photo of a Mixtec teponaztli at the British Museum. Teponaztli audio files.
Kateqoriya:Asteklər