Məsnəvi () — özündə Mövlanənin təsəvvüf anlayışını ehtiva edən əsər.

Əsər Əsər altı cilddən (dəftər) və 25700-ə yaxın beytdən ibarətdir. "Kəşşafül-Quran", "Fiqhi-Əkbər", "Səykəlül-ərvah" və "Xüsaminamə" Mövlanə tərəfindən əsərə verilən digər adlardır.

Əsər əruzun rəməl bəhrində (failətün failətün failün) qələmə alınmış olub, hər cildin əvvəldə dibacələr vardır. Bunlarda əsərin ümumi mövzusunu və möhtəviyyatını nümayiş etdirirlər.

Əsərdəki bəzi hekayələr XIII əsrin mədəniyyətini əks etdirən yumor və ya həzəliyyat (istehza ilə tənqid) növündən nəqllərdir. Bunlardan biri də qabaq hekayətində şəhvətə düşkünlük və təqlidi biliyin zərərlərinə toxunulmuşdur.

Əsərdə anlaşılması çətin sözlər və terminlər vardır. Bunlarında anlaşılması üçün xüsusi lüğətlər hazırlanmışdır. Bu lüğətlərdən biri Əbdülməcid Sivasi tərəfindən hazırlanmışdır. "Məyadinül-fursan" adlı bu kitab özündə 1070 feilin mənasını və Farsca qrammatik məlumatları ehtiva edir (Süleymaniyya kitabxanası, Əşir Əfəndi, № 3935/1).

"Məsnəvi"ni Qərb dünyasına tanıdanlardan biri Sir Cons Uilyam olmuşdur. S.C. Uilyam "Məsnəvi"nin ilk on səkkiz beytini ingilis dilinə tərcümə etmiş və beləliklə əsəri Qərb dillərindən birinə tərcümə edən ilk şəxs olmuşdur.

Əsərin dünyanın müxtəlif kitabxanalarında əlyazma nüsxələri mövcuddur.

"Məsnəvi" müxtəlif tarix (1819, 1892, 2001 və s.) və yerlərdə (Bulaq, Mumbay, Təbriz və s.) dəfələrlə nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:İran mədəniyyəti Kateqoriya:Fars dilində poemalar