TED Universiteti — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitetdir. Türkiyə Təhsil Assosiasiyasının Ali Təhsil Fondu tərəfindən 7 iyul 2009-cu ildə təsis edilmişdir. Universitet 2012–2013-cü tədris ilində 320 tələbədən ibarət ilk qəbul ilə təhsil fəaliyyətinə başlamışdır."TED Üniversitesi Göstergeleri: 2012 | TED University" (PDF). www.tedu.edu.tr (in Turkish). Retrieved 2023-08-20."TED Üniversitesi açıldı | NTV" . www.ntv.com.tr (in Turkish). Retrieved 2023-08-22. Təhsil proqramları ingilis dilində aparılır və Sabancı Universitetindən sonra Türkiyədə liberal incəsənət yönümlü təhsil modelini tətbiq edən ikinci ali təhsil müəssisəsidir. 2021-ci ildə isə Koç və Bilkent universitetləri ilə birlikdə Türkiyədə Ali Təhsil Keyfiyyət Şurası tərəfindən akkreditasiya olunmuş üç fond universitetindən biri olmuşdur.
Tərkibi
Fakültələr Təhsil fakültəsi Mühəndislik fakültəsi İncəsənət və elmlər fakültəsi İqtisadiyyat və inzibati elmlər fakültəsi Memarlıq və dizayn fakültəsi
Məktəblər İngilis Dili məktəbi Magistratura məktəbi
Mərkəzlər və Bölmələr Gender Araşdırmaları Mərkəzi İnsan Tədqiqatları üzrə Etika Komitəsi Davamlı TEDU Qlobal Cənub Araşdırmaları Mərkəzi İstasyonTEDU Sosial İnnovasiya Mərkəzi Tətbiqi Data Elmi Mərkəzi
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri