Yüksək İxtisas Universiteti — Türkiyənin Ankara şəhərində yerləşən vəqf universitetidir."Üniversite Kuruluşu Hakkında Karar". 6 Eylül 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Temmuz 2024.
Tarixi Yüksek İxtisas Universiteti 2011-ci ildə Ankara şəhərində Türkiyə Yüksək İxtisas Xəstəxanası Vəqfi və Türkiyə Dövlət Xəstəxanaları Vəqfi tərəfindən yaradılmış bir vəqf universitetidir. Universitetin yaradılması ilə bağlı qərar 3 mart 2011-ci il tarixli və 27863 saylı Rəsmi Qəzetdə dərc edilmişdir. Universitetin ilkin adı Ankara Bilgə Universiteti olaraq müəyyən edilmiş, 12 iyul 2013-cü ildə qüvvəyə minən 6495 saylı qanunla adı Yüksek İxtisas Universiteti olaraq dəyişdirilmişdir."6495 Sayılı Kanun". 13 Temmuz 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Temmuz 2024.
2025-ci il etibarilə universitetdə təxminən 3800 tələbə və 270 müəllim-professor heyəti fəaliyyət göstərir. Təhsil-tədris fəaliyyəti Ankarada Balqat, 100 İl, Bağlıca və Bağlum olmaqla dörd fərqli kampusda davam etdirilir.
Tərkibi
Fakültələr Tibb fakültəsi Sağlamlıq elmləri fakültəsi İdman elmləri fakültəsi
Kolleclər Xarici Dillər Kolleci
Peşə Məktəbləri Səhiyyə Xidmətləri Peşə Məktəbi
İnstitutlar Doktorantura Təhsil İnstitutu
Kampuslar Balqat kampusu 100 il kampusu Bağlum kampusu Bağlıca kampusu
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Ankara universitetləri