Cəmil Sadiq "Cim" Əl-Xəlili (, ; ) — İraq-Britaniya nəzəri fiziki və elmin populyarlaşdırıcısı. O, nəzəri fizika professoru və Surrey Universitetində elm sahəsində ictimai əlaqələr üzrə rəhbərdir. O, BBC radio və televiziya kanallarında mütəmadi olaraq elmi proqramların aparıcısı və təqdimatçısı, həmçinin Britaniyanın digər media qurumlarında elm sahəsi üzrə müntəzəm olaraq rəy bildirən şərhçidir.
2014-cü ildə Əl-Xəlili Böyük Britaniyanın Mühəndislik və Fizika Elmləri Tədqiqat Şurası (EPSRC) tərəfindən RISE (İlhamverici Alimlər və Mühəndislərin Tanınması) lideri seçilmişdir. O, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarına qədər Böyük Britaniya Humanistlərinin prezidenti olmuşdur.Jim Al-Khalili at The GuardianLecture on Alan Turing from the University of Edinburgh YouTube Channel. Posted 4 June 2012. Retrieved 28 April 2017.
Erkən həyatı və təhsili
Əl-Xəlili 1962-ci ildə Bağdadda anadan olmuşdur. Atası İraq Hərbi Hava Qüvvələri mühəndisi, ingilis anası isə kitabxanaçı olmuşdur. Əl-Xəlili 1979-cu ildə Birləşmiş Krallıqda daimi məskunlaşmışdır.
1982-ci ilə qədər üç il ərzində A-səviyyələrini tamamladıqdan (və yenidən aldıqdan) sonra, Surrey Universitetində fizika təhsili almış və 1986-cı ildə Bachelor of Science dərəcəsi ilə məzun olmuşdur. O, Milli Fiziki Laboratoriyadan iş təklifini qəbul etmək əvəzinə, 1989-cu ildə əldə etdiyi nüvə reaksiyası nəzəriyyəsi üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Surreydə qalmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:20 sentyabrda doğulanlar Kateqoriya:1962-ci ildə doğulanlar Kateqoriya:Bağdadda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:İraq alimləri Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Britaniyanın televiziya aparıcıları Kateqoriya:London Universitet Kollecinin müəllimləri Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İraq mənşəli Britaniya şəxsləri Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları