Guyaton — musiqi alətləri istehsal edən Yaponiya şirkəti. Şirkət elektrik gitaraları, gitara gücləndiriciləri və effekt pedalları istehsal edən Yapon gitara markası və istehsalçısıdır. Sələfi şirkət olan Yaponiyanın ən qədim elektrik gitara istehsalçısı 1930-cu illərdə təsis edilmiş və 1940-cı ilə qədər Guya brendi altında gitaralar istehsal etmişdir. 1948-ci ildə İkinci Dünya müharibəsindən sonra şirkət Havay elektrogitaraları istehsal etmək üçün yenidən qurulmuşdur. 1951-ci ildə Guyaton brendi elektrik gitaraları üçün yaradılmışdır və 1955-ci ildə onların ilk bərk gövdəli gitarası təqdim edilmişdir.

1950-ci illərin sonu və 1960-cı illərin ortalarında sörf musiqisi trendləri elektrik gitaralarında bum yaratdı. Bu dalğada özünəməxsus dizaynları və aşağı qiymətləri ilə Guyaton elektrik gitaraları müxtəlif markalar altında Avropa və Amerikaya ixrac edildi. Bir çox məşhur musiqiçilər və həvəskarlarda daxil olmaqla bir çox gitaraçı tərəfindən istifadə edildi.

90 illik tarixində Guyaton üç böhran yaşayıb, 1940, 1968 və 2013-cü illərdə. 2010-cu illərin ortalarında şirkət və brend "Toşihiko Torii" (keçmiş Guyaton tədqiqat mühəndisi) və Nate DeMont (DeMont Guitar) tərəfindən satın alınıb və sonradan "Guyatone & DeMont Guitars MMC"yə birləşdirilib. İstinadlar

Xarici keçidlər

Japan-DeMont-Guitars – partner in Japan — major domestic models in the 1950s–1960s.

Kateqoriya:Yaponiya brendləri