thumb|Fərrux Bozbəylinin Türkiyə Dövlət qəbiristanlığında yerləşən məzarı Əhməd Fərrux Bozbəyli(; ) — türk siyasətçisi. Türkiyə Böyük Millət Məclisinin sədri (1965–70) və 1970–78-ci illərdə Demokrat Partiyasının lideri. Həyat və fəaliyyəti Məmur ailəsində doğulan Fərrux Bozbəyli, atası Sıddıq bəyin işi səbəbindən təhsilini Bozbəylinin müxtəlif şəhərlərində almışdır. İbtidai təhsilini Bazarcıq və İslahiyədə, orta məktəbini isə Qaziantep və İskəndərunda alıb. 1947-ci ildə Antakya Oğlanlar Liseyindən məzun olub.

Fərrux Bozbəyli İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət vəkil işlədikdən sonra Bozbəyli 27 may hərbi çevrilişi dövründə Demokrat Partiyasının (DP) üzvü Osman Turanın vəkili olub. 1961-ci ildə siyasətə qoşulan Bozbəyli Ədalət Partiyasından (AP) İstanbul millət vəkili seçilib. Bu dövrdə AP parlament qrupunun rəhbəri və Türkiyə Böyük Millət Məclisinin sədr müavini vəzifələrində də çalışıb. 1965-ci il ümumi seçkilərində yenidən İstanbul millət vəkili seçilib və Türkiyə Böyük Millət Məclisinin sədri olub. O, bu vəzifəyə daha iki dəfə, 1967 və 1969-cu illərdə də seçilib.

O, Ədalət Partiyasının lideri Süleyman Dəmirələ qarşı olan qrupun üzvü idi. 1970-ci ilin oktyabrında Türkiyə Böyük Millət Məclisinin sədrliyindən istefa verdi və bir ay sonra Səadətdin Bilgiçin rəhbərlik etdiyi "41-lər" kimi tanınan qrupla AP-dən ayrıldı. Bu qrupla birlikdə o, Demokrat Partiyasının (DP) qurucularından idi və onun sədri seçildi.

Fərrux Bozbəyli, 1973-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, seçilmədi. 1973-cü il ümumi seçkilərində onun partiyası səslərin 11,89%-i ilə parlamentdə 45 yeri qazandı; Bozbəyli yenidən İstanbuldan millət vəkili seçildi. Demokrat Partiyası (DP) 1975-ci ilin mart ayında Birinci Millətçi Cəbhə hökumətinin (39-cu Türkiyə hökuməti) qurulması zamanı dağıldı. Səadətdin Bilgiç və DP-nin əksər üzvləri ilə Ədalət Partiyasına qayıdarkən, Bozbəyli DP-də qaldı və onun sədri vəzifəsini davam etdirdi. Buna görə də, Fərrux Bozbəyli, DP hakimiyyəti itirdikdən və 1977-ci il ümumi seçkilərində millət vəkili seçilə bilmədikdən sonra (səslərin yalnız 1,85%-i), əvvəlcə DP sədrliyindən istefa verdi (dekabr 1978) və sonra aktiv siyasətdən çəkildi.

O, 1978-ci ildə keçirilən 54-cü Baş Assambleya iclasında Türkiyə İş Bankının Direktorlar Şurasına seçildi və 1990-1992-ci illərdə onun sədri vəzifəsində çalışmışdı.

Fərrux Bozbəyli 28 iyul 2019-cu ildə müalicə aldığı xəstəxanada vəfat edib. Məzarı Türkiyə Dövlət qəbiristanlığındadır. Külliyatı Məqalələri

Kitabları Türkiyədə Siyasi Partiyaların iqtisadi və sosial baxışları (1969),” üç cilddə. Türkiyə Böyük Millət Məclisində Birinci və İkinci İnkişaf planlarının qeydləri və CHP, AP-də daxil olmaqla, dövrün siyasi partiyalarının iqtisadi və sosial baxışları yer alıb.

Birinci Cəmrə (1977) Alaca siyasət (2000) Siyasət sənəti (1980), təsisçisi olduğu Türk Milli Mədəniyyət Fondunda verdiyi seminarın mətni yer alıb. Yalnız Demokrat adlı kitabı 2009-cu ilin iyununda nəşr edilib.Ferruh Bozbeyli, Yalnız Demokrat, Timaş Yayınları, Haziran 2009 ISBN 978-975-263-997-3 Tam bir hatırat ve bir dönemin siyasetini ortaya koyan dönem kitabıdır.

İstinadlar

Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Türkiyə Böyük Millət Məclisinin sədrləri Kateqoriya:Ana Vətən Partiyasının üzvləri (Türkiyə) Kateqoriya:Ədalət Partiyasının üzvləri (Türkiyə) Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Orqan çatışmazlığından ölənlər Kateqoriya:TBMM XII çağırış deputatları Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:TBMM XIV çağırış deputatları Kateqoriya:TBMM XV çağırış deputatları Kateqoriya:İstanbul ilinin deputatları Kateqoriya:Avtobioqrafiyalar