Əl-Muğni () — Əbül-Qasım əl-Xiraqinin Hənbəli fiqhinə dair "əl-Müxtəsər" əsərinə İbn Qudamə tərəfindən qələmə alınan şərh.
Əsər "Əl-Muğni" əl-Xiraqinin əl kitabı mahiyyətinindəki "əl-Müxtəsər"inin ən məşhur şərhlərindən biridir. İbn Qudamə bu şərhdə Hənbəli məzhəbindəki görüşlərlə yanaşı digər məzhəb alimlərinin də görüşlərinə yer vermiş və aralarında seçimlər etmişdir. Əsər bir fiqhi ensiklopediya olub, sünni alimlər tərəfindən mühüm mənbə hesab edilmişdir. Şafei fəqihi İzzəddin ibn Əbdüssəlam da əsərin bu xüsusiyyətinə diqqəti cəlb etmişdir. Abdullah Ömər əl-Bərudi, "əl-Bərqul-ləmmə fimə fil-Muğni min ittifaq vəl-iftiraq vəl-icma" adlı əsərində (Beyrut: 1986), "əl-Muğni"də sadalanan və ümumi olaraq İslam hüquqçuları tərəfindən mənimsənən görüşləri kitab, bab (bölmə) və fəsil şəklində sistemləşdirərək bir yerə cəmləmişdir.
"Əl-Muğni" müxtəlif tarix (1972, 1982, 1991 və s.) və yerlərdə (Qahirə, ər-Riyad və s.) dəfələrlə nəşr edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı