Cinnah prospekti () — Türkiyənin Ankara ilinin Çankaya ilçəsində yerləşən prospekt. Atatürk bulvarının davamı kimi Quğulu Parkından Atakuleyə qədər uzanır. Əziziyyə, Çankaya və Rəmzi Oğuz Arık məhəllələri arasında sərhəd təşkil edən küçə, Xoşdərə, Çankaya və Simon Bolivar küçələrinin kəsişməsində bitir. Birtərəfli nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır və təxminən 1,8 kilometr uzunluğundadır. Prospekt boyunca Əfqanıstan, Banqladeş, Hindistan, İsveç, Kanada və Liviyanın səfirlikləri yerləşir.

Adı thumb|Cinnah Cprospektinin başlanğıcı və Atakule 1970-ci illərə qədər "Vali Doktor Rəşid küçəsi" kimi tanınan prospekt, o vaxtkı Ankara Böyükşəhər Bələdiyyəsinin meri, memar Vedat Dalokayın qatıldığı müsabiqədə mükafat qazandıqdan sonra Pakistanın qurucu lideri Məhəmməd Əli Cinnahın şərəfinə Cinnah prospekti adlandırıldı.

Əhəmiyyəti 1940-cı illərdən sonra Ankaranın mədəni və siyasi mərkəzinin Altındağdan Çankayaya keçməsi bölgənin sosial-iqtisadi strukturunda dəyişikliklər rəvac verdi və prospektin yerləşdiyi ərazi şəhərin yüksək gəlirli sakinləri tərəfindən seçilməyə başladı. Zaman keçdikcə bir çox ölkələrin səfirliklərinin Cinnah prospektinə köçürülməsi ilə prospektin əhəmiyyətliliyini daha da artırdı. Buna görə də, Ankaradakı mülki memarlığın görkəmli nümunələrinin böyük əksəriyyətinin bu küçədə yerləşməsi təsadüfi deyil. Başda Sevgi Soysal olmaq üzrə Ankara haqqında kitablar yazanlar əsərlərində tez-tez şəhərin Qərb simasını təmsil edən Cinnah prospektinin adını çəkiblər.

Memarlığı Prospektdə yerləşən memarlıq strukturları şəhərdəki erkən postmodern mülki memarlıq ənənəsinin ən vacib nümunələri sayılır. Jansen planına əsasən, müəyyən edilmiş şimal-cənub oxu nəzərə alınmaqla, Cinnah prospekti cənuba, Kavaklıdərə və Çankaya istiqamətində böyüdükcə əsas arteriyaya çevrildi. 1950-ci ildə Ankara üçün hazırlanmış ikinci böyük şəhərsalma planı olan Uybadin-Yücel planında da Cinnah prospekti yerini taparaq, bir çox memarlıq layihəsinə ev sahibliyi etdi. Memar Reha Ortaçlı tərəfindən siyasətçi Nihad Erim üçün Cinnah prospektində layihələndirilən mənzil binasının tikintisi, 1950-ci illərin sonlarında küçədə başlayan intensiv tikinti fəaliyyətinə təkan verən ilk nümunədir. 1958-ci ildə tamamlanan Nihad Erim Mənzil binasından başqa, burada Cinnah 19 (Nejat Ərsin layihəsi), Şevki Vanlı tərəfindən layihələndirilən Leyla Gencer Mənzil binası, Vedat Dalokay və Nejat Tekelioğlunun birgə layihəsi, Mehmet Savaşın Dövlət Teatr Sənətçiləri Kooperativ Mənzil binası, Cinnah 22, Sədat Haqqı Əldəmin Hindistan səfirliyinin binası və Affan Kırımlının Türk-Amerikan Assosiasiyası binalarıda inşa edilmişdir. Altındağda, Birinci Milli Memarlıq Hərəkatının gətirdiyi ənənəvi memarlıq üslubdan fərqli olaraq, Cinnah prospekti müasir memarlıq nümunələrinə ev sahibliyi edir.

Prospekt boyunca yerləşən binalar Əfqanıstanın Ankaradakı səfirliyi Atakule Banqladeşin Ankaradakı səfirliyi Ankara Botanik Parkı Hindistanın Ankaradakı səfirliyi İsveçin Ankaradakı səfirliyi Kanadanın Ankaradakı səfirliyi Liviyanın Ankaradakı səfirliyi

İstinadlar

Kateqoriya:Məhəmməd Əli Cinnah