Yunan və Danimarkalı Aleksandra (; ) — Yunanıstan kralı I Georqun qızı, böyük knyaginya.Πετρόπουλος, Ηλίας (1995). Η ονοματοθεσία οδών και πλατειών. Πατάκης. pp. 65–68. ISBN 960-360-483-6

Həyatı 1870-ci ildə Korfu adasında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. Alman, fransız, yunan və ingilis dillərində təhsil aldı. 10 noyabr 1888-ci ildə Çar III Aleksandrın qardaşı Böyük knyaz Pavel Aleksandroviçlə nişanlandığı elan olundu. III Aleksandr onun bibisi Mariya Fyodorovna ilə evli idi. Cütlüyün toy mərasimi 17 iyun 1889-cu ildə Sankt-Peterburqdakı Qış sarayında baş tutdu və bu nigahdan onların 2 övladı doğuldu.

Mariya Pavlovna (18 aprel 1890 - 13 dekabr 1958) Dmitriy Pavloviç (18 sentyabr 1891 - 5 mart 1942)

Keçirdiyi qəza səbəbilə ikinci hamiləliyi yeddinci ayında şiddətli qanaxmalarla tamamlandı. Oğlunun doğumundan sonrakı 6 gün boyunca komada qalan Aleksandra Moskva yaxınlığındakı İlyinskiy malikanəsində vəfat etdi. Cənazəsi Pyotr və Pavel kafedralına dəfn olundu. Anasının vəsiyyətinə əsasən, 1939-cu ildə qardaşı oğlu Yunanıstan kralı II Georqun tələbiylə cənazəsi Afinaya daşındı və Taytoy sarayındakı ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Mager, Hugo (1998). Elizabeth: Grand Duchess of Russia. Carroll and Graf Publishers Inc. Zeepvat, Charlotte (2004). The Camera and the Tsars: A Romanov Family Album. Sutton Publishing Inc.

İstinadlar

Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Yunanıstanın qadın şahzadələri