Riçard A. Müller (; ) — amerikalı fizik, Berkli Kaliforniya Universitetinin fizika üzrə fəxri professorudur. O, həmçinin Lourens Berkli adına Milli Laboratoriyada fakültənin baş elmi işçisi olmuşdur. 2010-cu ilin əvvəlində Müller və qızı Elizabet Müller, iqlim dəyişikliyi skeptiklərinin əsas narahatlıqlarını, xüsusən də qlobal səth temperaturu qeydlərini araşdırmaq məqsədilə müstəqil, qeyri-kommersiya təşkilatı olan "Berkeley Earth" qrupunu təsis etmişlər. 2016-cı ildə Riçard və Elizabet Müller nüvə tullantılarının dərin qazma quyularında basdırılması ilə məşğul olan "Deep Isolation" özəl şirkətini qurmuşlar.

Erkən həyatı, təhsili və karyerası

Cənubi Bronksda böyüyən Müller Nyu-Yorkun dövlət məktəblərində, o cümədən 65 saylı ibtidai (141-ci küçədə), 22 saylı orta məktəbdə (167-ci küçədə) və Bronks Elm Liseyində təhsil almışdır. Müller bakalavr (A.B.) dərəcəsini Nyu-Yorkdakı Kolumbiya Universitetində, fizika üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsini isə Berkli Kaliforniya Universitetində almışdır.

Müller karyerasına Nobel mükafatı laureatı Luis Alvaresin rəhbərliyi altında aspirant kimi başlamış, burada elementar hissəciklər fizikası üzrə eksperimentlər aparmış və qovuqlu kameralarla (bubble chambers) çalışmışdır. Fəaliyyətinin ilk illərində o, həmçinin sürətləndirici kütlə spektrometriyasının (accelerator mass spectrometry) yaradılmasında iştirak etmiş və kosmik mikrodalğa arxa plan şüalanmasında anizotropiyanın ilk ölçmələrini həyata keçirmişdir.

İstinadlar

Xarici keçidlər

Richard Muller's Website Richard Muller's account on Quora

Kateqoriya:6 yanvarda doğulanlar Kateqoriya:1944-cü ildə doğulanlar Kateqoriya:San-Fransiskoda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Fəlsəfə doktorları