Four Seasons Hotel Moscow və ya Moskva oteli () — Moskva şəhərinin ən böyük otellərindən biri. Otel 1932-1935-ci illər arasında memarlar Leonid Savelyev, Osvald Stapran və Aleksey Şusevin layihələri əsasında inşa edilmişdir (ikinci mərhələ 1968-1977-ci illər arasında tamamlanmışdır). 2004-cü ildə sökülmüşdür. 2013-cü ilə qədər onun yerində yeni otel binası inşa edilmişdir. Memarların fikrincə, o, əvvəlki binanın xarici formasını təkrarlayır, lakin həcmi baxımından xeyli böyükdür. Bina hazırda müxtəlif mağazalar və restoranların da yerləşdiyi "Four Seasons Hotel Moscow" adlanır.

Yeni binanın açılışından 2022-ci ilə qədər otel binası Kanadanın "Four Seasons Hotels and Resorts" şirkəti tərəfindən idarə olunub. Həmin il şəbəkə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar səbəbindən oteli idarə etməyi dayandırıb. Otel artıq beynəlxalq şəbəkənin bir hissəsi olmasa da, bu addan istifadə etməyə davam edir. İstinadlar

Qalereya

Ədəbiyyat

Васькин А. Щусев: Зодчий всея Руси. — М.: Молодая гвардия, 2015. — 462 с. (Жизнь замечательных людей: Малая серия).

Xarici keçidlər

Результаты «реконструкции» здания Щусева // «:ru:Архнадзор» Не сразу строилась (20 декабря 2020 года ей бы исполнилось 85 лет) // :ru:Лента. Ру, 20 декабря 2020 «Гостиница, столь же несуразная, как и город»: 85 лет знаменитой гостинице «Москва» // МосЛента, 19 декабря 2020

Kateqoriya:2014-cü ildə tikilmiş hotellər Kateqoriya:Stalinist memarlıq Kateqoriya:1935-ci ildə yarananlar