Nasirçilik və ya nasirizm (, , ) — banisi Camal Əbdül Nasir olan panərəb sosialist hərəkatı.

Yayılması Misirmənşəli bir cərəyan olan nasirçilik qısa müddətdə ümumbəşəri bir ərəb istiqamətinə çevrilmişdir. Nasirçiliyin tətbiq formalarından biri 1958-ci ildə yaradılmış Birləşmiş Ərəb Respublikası (Suriya və Misir ittifaqı) olmuşdur. 1958-ci ildə nasirçilər İraqda monarxiyanı devirmiş, 1962-ci ildə isə Yəməndə hərbi çevriliş etmişdilər. Həmin il Casim Əlvanın rəhbərlik etdiyi nasirçi zabitlər Suriyada da fəallaşmışdılar. Az sonra nasirçilər 1969-cu il inqilabı ilə Liviyada hakimiyyəti ələ keçirmiş, eyni ildə Sudanda da iqtidara gəlmişdilər. Ərəb dünyasında nasserçilərə qarşı yalnız həm sünni, həm də şiə təriqətli islamçılar, ərəb monarxiyaları və Livanın xristian falanqistləri müqavimət göstərmişdilər.

XXI əsrdə nasserçilər Livanda ("Əl-Murabitun") öz nüfuzlarını qoruyub saxlamışdılar.

Nasirdən sonra Ənvər Sadatın dövründə nasirçilik "açıq qapı" (infita) siyasəti yürütmüş və daha mötədil mövqelərə keçmişdir. Sadat bu hərəkatı tənqid edərək tərəfdarlarının xalqın rəğbətini qazanmağa çalışdıqlarını bəyan etmişdir. O, nasirçiliyin aradan qaldırılması siyasətini həyata keçirmişdir. Xüsusilə Sadat nasirçi partiyanın yaradılması layihəsini rədd etmiş, hərəkatın siyasi qüvvəyə çevrilməsinə mane olmuşdur.

Sadatın bu siyasəti nasirçilərin bir hissəsinin etirazına səbəb olmuşdur. Nasirçiliyin çoxlu sayda tərəfdarının olmasına baxmayaraq, siyasi dəstəyin və hakimiyyətə qarşı mübarizə təcrübəsinin olmaması hərəkatın Misirdə siyasi partiya kimi inkişaf etməsinə imkan verməmişdir.

XXI əsrdə nasirçilik müxalifətə keçmişdir. Hazırda bu hərəkatın nümayəndələrindən biri Həmdin Sabahidir.

İstinadlar

Kateqoriya:Ərəb milliyyətçiliyi Kateqoriya:Misirdə siyasət Kateqoriya:Antikommunizm Kateqoriya:Sinkretik siyasi hərəkatlar Kateqoriya:Eponim siyasi ideologiyalar