Jorj Sanyak (; ) — 1970-ci illərdən etibarən inkişaf etdirilən interferometrlərin və halqavari lazer hiroskoplarının əsasını təşkil edən Sanyak effektinə öz adını vermiş fransız fiziki.
Həyatı və fəaliyyəti
Sanyak Periqyodda anadan olmuş və 1889-cu ildə Paris Ali Normal Məktəbinə daxil olmuşdur. Sorbonnada laborant işləyərkən o, Vilhelm Konrad Rentgenin izi ilə Fransada rentgen şüalarını öyrənən ilk şəxslərdən biri olmuşdur. Sanyak, tərkibinə Pyer və Mariya Küri, Pol Lanjeven, Jan Perren və riyaziyyatçı Emil Borel kimi görkəmli alimlərin daxil olduğu bir dostluq və elm qrupuna mənsub idi. Mariya Küri qeyd edirdi ki, o və həyat yoldaşı radioaktivliyin kəşfi ərəfəsində Sanyakla daim fikir mübadiləsi aparıblar. Sanyak Mödon-Belvüdə vəfat etmişdir.
Sanyak effekti
1913-cü ildə Jorj Sanyak göstərdi ki, əgər işıq şüası ikiyə bölünərək fırlanan platforma üzərindəki qapalı yol boyu (perimetrindəki güzgülər vasitəsilə) əks istiqamətlərdə göndərilərsə və sonra yenidən birləşdirilərsə, onlar interferensiya effektləri nümayiş etdirəcəklər. Sanyak bu nəticədən belə qənaətə gəldi ki, işıq mənbəyin sürətindən asılı olmayan bir sürətlə yayılır. Yerin kosmosdakı hərəkətinin, platformanın necə çevrilməsindən asılı olmayaraq, işıq şüasının sürətinə görünən bir təsiri yox idi. Bu effekt daha əvvəl (1911-ci ildə Haress tərəfindən) müşahidə edilsə də, Sanyak onun səbəbini düzgün müəyyənləşdirən ilk şəxs oldu.
Vakuumda baş verən bu Sanyak effekti 1911-ci ildə Maks fon Laue tərəfindən nəzəri olaraq proqnozlaşdırılmışdı. O, bu effektin həm stasionar efir nəzəriyyələri (məsələn, Lorensin efir nəzəriyyəsi), həm də Eynşteynin nisbilik nəzəriyyəsi ilə uyğunluq təşkil etdiyini göstərdi. Ümumilikdə bu effekt işıq sürətinin mənbəyin sürətindən asılı olduğunu iddia edən emissiya nəzəriyyələri ilə ziddiyyət təşkil edir.
Maraqlıdır ki, Sanyak effekti nisbilik nəzəriyyəsi ilə tam uyğun gəlsə də, Sanyakın özü bu nəzəriyyənin qatı əleyhdarı idi.Zappe, Hans. (2010). Fundamentals of Micro-Optics. Cambridge University Press. p. 143.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:14 oktyabrda doğulanlar Kateqoriya:1869-cu ildə doğulanlar Kateqoriya:26 fevralda vəfat edənlər Kateqoriya:1928-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Fransa fizikləri Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:Paris Ali Normal Məktəbinin məzunları Kateqoriya:Paris Universitetinin məzunları