Costa Smeralda — Mayeləşdirilmiş təbii qazla işləyən kruiz gəmisi. İnşası 2017-ci ilin sentyabrında başlayıb və 2019-cu ilin fevralında başa çatıb. Sardiniyanın Zümrüd sahilinin adını daşıyan gəmi ilk səyahətinə 2019-cu ilin sonunda çıxıb.
Costa Smeralda ilk səyahətə 6 dekabr 2019-cu ildə Turkudan Aralıq dənizinə yola düşərək 18 dekabrda Barselonada, 19 dekabrda Marseldə və 20 dekabrda Savonada olub. O, rəsmi olaraq 21 dekabr 2019-cu ildə Savonadan ilk kruizinə çıxıb və Marsel, Barselona, Palma-de-Malyorka, Çivitavekkya və La Spezia şəhərlərinə baş çəkib. İlk mövsümündə o, həftəlik yelkənli səyahətlərə davam etdi, daha sonra 2020-ci ilin yayında La Speziada, daha sonra isə 2020-2021-ci il qışında isə Palermoda lövbər saldı. 2021-ci ilin aprelindən 2021-ci ilin oktyabrına qədər Costa Smeralda ilk dəfə Dubaydan Fars körfəzi boyu kruiz səfəri etdi.
2020-ci ilin yanvar ayında gəmi İtaliyanın Çivitavekkya limanında sərnişinlərindən birində yeni virus infeksiyası, SARS-CoV-2 şübhəsi ilə saxlanılıb. Gəmidə 7000 sərnişin və heyət üzvü olub. Tibbi müayinədən sonra virus təsdiqlənib və gəmi səyahətinə davam edib.
İstinadlar
Xarici keçidlər
ТТД корабля
Kateqoriya:Sərnişin gəmiləri