III Fridrix Fransisk (; ) — Böyük Meklenburq-Şverin hersoqu.

1851-ci ildə Lüdviqslustdə dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisk, anası isə onun ilk xanımı Şahzadə Avqusta Reysdir. Uşaqlıq illərindən astma və bronxial problemi vardı. Homoseksuallığı isə hamı tərəfindən bilinən bir sirr idi.

24 yanvar 1879-cu ildə Sankt-Peterburqda Böyük knyaz Mixail Nikolayeviçin qızı Anastasiya Mixailovna ilə evləndi. Cütlüyün 3 övladı doğuldu.

Aleksandrina Avqusta (1879-1952) IV Fridrix Fransisk Sesilya Avqusta Mariya (1886-1954)

Atasının vəfatının ardından 1883-cü ildə taxta çıxdı. Ancaq səhhətiylə bağlı ömrünün çox dövrünü cənubi Avropada, Aralıq dənizi sahillərində yaşadı. 1897-ci ildəki müəmmalı ölümü hələ də üzə çıxarılmayıb. İlk məlumat hersoqun körpüdən tullanaraq intihar etməsi oldu. Ancaq sonradan bu məlumat təkzib edildi və hersoqun nəfəs darlığı çəkərək yaşadığı villanın bağında yıxılaraq öldüyü elan olundu.

Mənbə

Ədəbiyyat

"Obituary - Friedrich Franz II". New York Times. 1883-04-16 Garlington, JC (1852). The Men of the Time, Or, Sketches of Living Notables. Redfield. p. 349

İstinadlar

Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar