Əbu Səd Əbdülkərim ibn Məhəmməd ibn Mənsur əs-Səmani (; ) — tarixçi və hədis hafizi.
Bioqrafiyası Hicri 506-cı ildə Mərvdə anadan olub. Nisbələri "Təmimi", "Mərvəzi", "Səmani" və "Xorasani"dir. Atası Məhəmməd ibn Mənsur Xorasanın tanınmış elm adamlarından biri olub. Anası isə Xorasanın nüfuzlu ailələrindən birinə mənsub olan Fatimə bint Həsəndir.
İlk təhsilini İbrahim ibn Əhməd əl-Mərvəzidən alıb. 23 yaşı olanda ilk elmi səyahətə yollanıb (hicri 529/miladi 1135). Bu səyahəti 6 il davam edib. Bu zaman zərfində Xorasan, İraq, Suriya və Hicazı gəzib. İkinci səyahətində Nişabur, Herat, Bəlx və Nəsə kimi yerləri, üçüncü səyahətində isə Mavəraünnəhr bölgəsindəki (Xarəzm, Səmərqənd, Buxara, Nəsəf və s.) elm mərkəzlərini gəzib. Bu səfərlər zamanı onun təxminən 100 mərkəzə baş çəkdiyi və görüşdüyü müəllimlərin sayının 7000-ə çatdığı rəvayət edilib. Dördüncü və sonuncu səyahətini hicri 552-ci (1157) ildə tamamlayıb və Mərv şəhərində məskunlaşıb. O, burada vəfatına qədər müxtəlif mədrəsələrdə müəllimlik edib, moizələr oxuyub və əsərlər qələmə alıb. Hicri 562-ci (1166) ildə Mərvdə də vəfat edib.
Əbu Səd əs-Səmaninin əsərlərinin çoxu monqolların Mərvi işğal etməsi nəticəsində itmiş, onlardan çox azı dövrümüzə qədər gəlib çata bilmişdir. "Əl-Ənsab", "Ədəbül-imla vəl-istimla" və "əl-Mucəmül-kəbir" onun dövrümüzü qədər gəlib çatmış əsərlərindən bəziləridir.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XII əsr tarixçiləri Kateqoriya:Ərəb filoloqlar