Məkkə () — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ümmül-Qura, Beytül-Əmin, Bəkkə kimi də qeyd olunur.

Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Quranda "Allahın evi" adlandırılan Kəbə İbrahim tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar.

Məkkə şəhəriində 170.000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır.

Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.Pir Həsən saytı — Məkkə və Mədinə 300px|thumb|Məkkə

Etimologiya Məkkənin məlum olan ən qədim adı Bəkkədir () Bu adın etimologiyası Məkkədə olduğu kimi tapılmamışdır.

Akademik ictimaiyyətin yekdil olmayan iddiası Ptolemey tərəfindən adlandırılan "Makoraba"nın Məkkə olmasıdır. Bir çox etimoloji mənşə təklif edilmişdir, lakin ən əlverişlisi onun qədim Cənubi ərəbcə "məbəd" mənasını verən "MKRB"dən çevrilməsidir.

Məkkənin tarixi İslam əfsanələri Kəbənin tikintisini Adəmlə Həvvanın hekayətinə və onun Nuh tufanında dağıdılıb yenidən tikilməsinə qədər izləyir. Ehtimal olunur ki, Kəbəni ilk dəfə Adəm tikib, lakin Nuh tufanı zamanı Kəbənin divarları dağıdılıb və təməlinin bünövrəsi qalıb. Kəbənin yeri İbrahimə göstərildi və onun təməli İbrahim və oğlu İsmayıl tərəfindən ucaldıldı.

Hekayədə İbrahimin ikinci arvadı Həcərdən İsmayıl adlı bir oğul dünyaya gəlir. Lakin birinci arvadı Sara bu vəziyyəti qəbul edə bilmir, Həcər və İsmayılın uzaqlaşdırılmasını xahiş edir. İsmayıl hələ körpədir. İbrahim onların hər ikisini Məkkənin yerləşdiyi əraziyə aparır və onları tərk edir. Səmərəsiz və kimsəsiz vadidə tək qalan ana-oğul burada məskunlaşır. Həcərin açdığı Zəm-zəm adlı su mənbəyinin yaşayış üçün yararlı hala gətirdiyi bu yerdə zamanla ticarət məqsədilə bu bölgədən keçən ərəb qəbiləsi Cürhüm məskunlaşaraq şəhərin ilk sakinləri olub. Daha sonra İbrahim yenə bura gəldi və oğlu İsmayılla birlikdə Kəbəni tikdirdi və insanları ziyarətə dəvət etdi (Bəqərə surəsi, 127).

Erkən tarix (Elmi mübahisələr)

Quranda Məkkənin tarixi Kəbəni (Beyt-ev) tikdirdiyi deyilən İbrahimə (e.ə. 2000-ci il?) gedib çıxır. Lakin müxtəlif səbəblərdən Məkkədə aparılan qazıntılar zamanı bu əhvalatı təsdiqləyən arxeoloji məlumatlar aşkarlana bilmədi.

Məkkənin erkən tarixi mübahisəli bir mövzudur. Bunun ən böyük səbəbi islam dininin yaranmasından əvvəl onun adının tarixi mənbələrdə çəkilməməsi və onun yerləşdiyi bölgədə şəhərin mövcudluğuna dair heç bir işarənin olmamasıdır.Holland, Tom; In the Shadow of the Sword; Little, Brown; 2012; p. 303: ‘Otherwise, in all the vast corpus of ancient literature, there is not a single reference to Mecca – not one’

106-cı ildə Roma İmperiyası Hicazın bir hissəsini nəzarətə götürdü və Məkkənin şimalında yerləşən Hicr-Hicr (Mədain Saleh) kimi şəhərləri idarə etdi. Qərbi Ərəbistanda Prokopius kimi Roma tarixçiləri tərəfindən ətraflı araşdırmalar və təsvirlər edilmiş, lakin Məkkə adında və ya Məkkənin yerləşdiyi bölgədə heç bir həcc və ticarət fəaliyyətinə rast gəlinməmişdir.The New Encyclopædia Britannica: Micropædia Volume 8: Encyclopædia Britannica, Inc. 1995. p. 473. Xarici mənbələrdə Məkkənin ilk dəfə görünməsi e.ə. 741-ci ildə "Bizans-ərəb salnamələri" adlı əsərdə reallaşdı. Lakin bu əsərdə naşir şəhərin Hicaz əvəzinə Mesopotamiyada yerləşdiyini yazmışdır.Holland, Tom; In the Shadow of the Sword; Little, Brown; 2012; p. 471

Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da, sonradan Məhəmməd və islam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur.

İslamda Məkkənin yeri Bu şəhər bütün müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarilə onları özünə tabe etdirmişdir.

Məhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir.

Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi.

Məkkədə dörd sünni məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir.

Hazırda Məkkə dünya islam hərəkatının mərkəzinə çevrilməkdədir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.

İstinadlar

Mənbə İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.79–80.

Xarici keçidlər Deyerler sitesi Əlşiə sitesi İrfan dergisi Mədinə şəhəri Mədinə memarliği Məkkə şəhəri

Həmçinin bax Kəbə Mədinə

Kateqoriya:İslamın müqəddəs yerləri Kateqoriya:İslam tarixi Kateqoriya:Qapalı şəhərlər