Əhli-Hədis () və ya Əshabül-hədis () — hədisçilər və hədis tərəfdarları mənasındakı İslam termini. Hicri II (VIII) əsrdən sonra meydana çıxan və daha çox hədisə üstünlük verən Mədinə fiqh məktəbinə də əhli-hədis deyilir. Əməvilər dövründə Mədinə məktəbi-Kufə məktəbi və ya hicazlılar-iraqlılar şəklindəki parçalanma çərçivəsində özünü göstərən fiqh qruplaşması, hicri II əsrdən etibarən daha çox əhli-hədis və əhli-rəy olaraq adlandırılmağa başlanmışdır. Bu bölünmə, müxtəlif fiqh, kəlam və fəlsəfə məktəblərinin, hətta təsəvvüfi meyllərin üstünlük təşkil etdiyi dövrlərdə və bölgələrdə fərqli tərif və əhatələr qazanmaqla yanaşı, əsrlər boyu davam etmişdir.

Tarixi konteks Əhli-hədis (və ya əshabül-hədis) ifadəsi səhabələr tərəfindən işlənməyə başlanmışdır. Müksirundan olan Əbu Səid əl-Xudri hədis öyrənməyə çalışan şəxslərə: — demişdir. Əhli-hədis, əshabül-hədis və sahibül-hədis kimi ifadələr, hədislə bağlı bütün mövzuları bilən şəxslərə aid edilmişdir. Daha sonra əhli-hədis termini "hədisə görə əməl etməyə çalışan şəxs" mənasına gəlməyə də başlamış, Əhməd ibn Hənbəl də sahibül-hədis (və ya əhli-hədis) ifadəsini "hədislə əməl edən şəxs" kimi təsvir etmişdir. Əhli-hədis termini bu mənada, əhli-rəy ilə birlikdə hədislə əməl edən bütün müsəlmanları əhatə etsə də, hədislə əməl etmək və bunun üçün müəyyən üsullardan istifadə etmək məsələsi ortaya çıxanda, Əhli-Sünnənin bir hissəsini təşkil edən və nəslərə yanaşmaları fərqli olan əshabül-hədis yaranmışdır.

Əhli-hədisin ən bariz xüsusiyyəti, hədisləri mümkün qədər şərh etmədən və qiyasa müraciət etmədən tətbiq etməkdir. Hədislərə formal olaraq sadiq qalmağı müdafiə edən Zahirilər ilə əhli-rəyə yaxınlığı ilə tanınan şafeilər və malikilər də əhli-hədis hesab olunurlar.

Eyni ilə, "əl-Cəmius-səhih" əsərinə yalnız bab başlıqları daxil olmaqla hədisdən başqa heç nə yazmayan Müslüm, ilə fiqhi görüşlərini "əl-Cəmius-səhih"in bab başlıqlarında verməyə çalışan Buxari də əhli-hədisin müxtəlif qruplarına mənsubdurlar.

Həmçinin bax Əhli-Rəy

İstinadlar

Kateqoriya:Hədis elmiKateqoriya:Hindistanda islam Kateqoriya:Banqladeşdə islam Kateqoriya:Afrikada islam Kateqoriya:Asiyada islam Kateqoriya:Vəhhabilik Kateqoriya:İslamizm Kateqoriya:İlahiyyat Kateqoriya:İslam terminləri Kateqoriya:Sünni müsəlmanları