Aleksandr Mixailoviç Romanov (; ) — Rus çarı I Nikolayın nəvəsi, böyük knyaz. O, eyni zamanda son çar II Nikolayın qaynı və baş məsləhətçisi idi. Mason olduğu bilinir.

1866-cı ildə Tbilisidə dünyaya gəldi. Atası böyük knyaz Mixail Nikolayeviç çar I Nikolayın oğlu, anası Sesilya isə Böyük Baden hersoqu I Leopoldun qızı idi. Valideynlərinin etirazına baxmayaraq, uşaqlığından bəri arzusunda olduğu donanmaya qatıldı. Rus çarının xoşməramlı təmsilçisi kimi Yaponiya və Braziliya imperiyalarına rəsmi səfərlərə qatıldı. 1885-ci ildə Dəniz Hərbi məktəbindən miçman rütbəsilə məzun oldu. Ardından donanmaya qatıldı və bir çox dəniz səfələrində iştirak etdi. 1909-cu ildə vitse-admiral rütbəsinə yüksəldi.

6 avqust 1894-cü ildə Peterhof sarayında əmisi oğlu III Aleksandrın böyük qızı knyaginya Kseniya ilə evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.

İrina Aleksandrovna Andrey Aleksandroviç Fyodor Aleksandroviç Nikita Aleksandroviç Dmitriy Aleksandroviç Rostislav Aleksandroviç Vasiley Aleksandroviç

İnqilabdan öncəki illərdə Lacivərd sahil və Biarritsdə vaxtını keçirdi. Birinci Dünya müharibəsi illərində gedişatın pisləşdiyini anlayan knyaz Aleksandr ailəsiylə birlikdə Krıma köçdü və burada Aytudor sarayında məskunlaşdı. Qızıl Ordunun Krıma yaxınlaşması xəbərini aldıqdan sonra Britaniya kraliçası Kraliça Aleksandraya məktub yazaraq kömək istədilər. Britaniyanın müdaxiləsiylə, xanımı Knyaginya Kseniya və qaynanası dul çariça Mariya Fyodorovnayla birlikdə 11 aprel 1919-cu ildə Rusiyadan qaçdılar. Britaniya kralı V Corc, onlarla birlikdə 16 Romanov ailə üzvünü gəmiylə öncə Maltaya, ardından isə Britaniya torpaqlarına qaçırdı.

Sürgündə xanımıyla birlikdə Britaniyaya getməkdən imtina etdi və qalan illərini Parisdə yaşadı. 26 fevral 1933-cü ildə Rokbrün-Kap-Martendə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Romanov, Grand Duke Alexander Mikhailovich (1933). Once a Grand Duke. Read & Company History. p. 99. ISBN 9781528772068 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Odense: Syddansk Universitetsforlag. p. 468. ISBN 978-87-7674-434-2

İstinadlar Kateqoriya:Rusiya siyasətçiləri