Əbül-Vəlid Hişam ibn Əmmar ibn Nuseyr əs-Süləmi əd-Dəməşqi (; ) — İbn Amirin iki ravisindən biri. Rəmzi ərəb əlifbasınfakı "ل" hərfidir.

Bioqrafiyası Hicri 153-cü (770) ildə Dəməşqdə doğulduğu güman edilir. Nisbəsi "Zəfəri"dir.

Qiraəti İraq ibn Xalid və Əyyub ibn Təmimdən öyrənmişdir. Malik ibn Ənəs, Süfyan ibn Uyeynə və başqalrından hədis təhsili almışdır. Buxari, Əbu Davud, Nəsai, İbn Macə, Əbu Hətim ər-Razi, Əbu Züra ər-Razi və başqaları ondan hədis rəvayət etmişdir.

Zəhəbi onu "Dəməşqin xətibi, muqrisi, mühəddisi, fəqihi" adlandırmış, Əbül-Həsən əl-İcli isə onun "saduq" ifadəsini işlətmişdir.

Uzun müddət Ümeyyə məscidində xətiblik edən Hişam ibn Əmmar, hicri 245-ci (859) ildə vəfat etmişdir. Mənbələrdə ölüm tarixinin hicri 244 (858) və ya 246-cı (860) illər olduğu da qeyd edilib.

İbn Quteybə onun şiə, Zəhəbi isə Əhli-Hədis olduğunu demişdir.

Mənbələrdə Hişam ibn Əmmar "əl-Məbəs", "Fəzailül-Quran", "əl-Fəvaid", "Əhədis" və "Cüz fihi əvali əhədisi-Malik" adlı əsərlərin müəllifi olduğu qeyd edilib.

Həmçinin bax İbn Zəkvan

İstinadlar

Kateqoriya:Ravilər