Əbül-Haris İsa ibn Vərdan əl-Mədəni (; ) — on qiraət imamlarından Əbu Cəfər əl-Mədəninin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "عى" hərfləridir.

Bioqrafiyası Mədinəlidir. Ləqəbi "Həzzə"dir.

Qiraəti Əbu Cəfər əl-Mədənidən, Nafi ibn Əbdürrəhmandan və Şeybə ibn Nəsahdən öyrənmişdir. Ondan da ərz yolu ilə İsmayıl ibn Cəfər əl-Ənsari, Qalun və Vəqidi kimi şəxslər qiraət öyrənmişdir.

İbn əl-Cəzəri onu "usta muqri", "doğurdan da sağlam və etibarlı bir ravi" adlandırmış və hicri 160-cı (777) ildə vəfat etdiyini qeyd etmişdir.

Həmçinin bax İbn Cəmmaz

İstinadlar