Şahzadə Georq Luiz Viktor Henri Sergey Mauntbetten (; ) — Battenberq sülaləsindən olan alman şahzadəsi, Krallıq donanmasının üzvü.

1892-ci ildə Darmştadtda dünyaya gəldi. Anası Şahzadə Viktoriya Kraliça Viktoriyanın nəvəsi və Hessen və Reyn şahzadəsidir. Atası Şahzadə Lüdovik isə atasının əmisioğlu və Battenberq şahzadəsi idi. Atası kimi Krallıq donanmasında xidmətə başladı və burada hərbi karyera qurdu. 15 yanvar 1913-cü ildə kiçik leytenant, 15 fevral 1914-cü ildə leytenant rütbəsinə yüksəldi. Bu rütbəylə Birinci Dünya müharibəsinə qatıldı.

Müharibə davam etdiyi əsnada 15 noyabr 1916-cı ildə Londondakı rus səfirliyində Nadejda Mixailovna ilə evləndi. Xanımı rus çarlarının şəcərəsinə mənsub idi və böyük knyaz Mixail Romanovun nəvəsi idi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Tatyana Yelizaveta Mauntbetten (1917-1988) David Mixail Mauntbetten (1919-1970)

Artan alman düşmənliyi nəticəsində Britaniya kralı V Corc bütün alman ünvan və rütbələrindən imtina etdi. Onun bu addımı bir çox monarx qohumlarına nümunə oldu. Beləcə, valideynləri Şahzadə Viktoriya və Şahzadə Lüdoviklə yanaşı, o və bacı-qardaşları da daşıdıqları Battenberq soyadından imtina edərək, onun ingiliscələşmiş versiyası olan Mauntbetten soyadını mənimsədilər.

1917-ci ilin sonlarında Milford Haven markizi olan atasının 1921-ci ildə ölümünün ardından, bu ünvanı təhvil aldı. 9 dekabr 1932-ci ildə öz istəyilə hərbi karyerasına son qoydu və təqaüdə ayrıldı. 8 aprel 1938-ci ildə Londonda sümük iliyi xərçəngi səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Zubrzycki, J. (2021) The House of Jaipur, Hurst & Company: London. .

İstinadlar Kateqoriya:Britaniya şəxsləri Kateqoriya:Almanlar