Jambıl Kukeyev (; ; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu.

Karyerası

Klub karyerası Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb.

Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil. Hətta bir müddət əvvəl açıqlama verən futbolçu bildirib ki, Yuran komandanın daxilində ona qazax dilində danışmağı qadağan edib.

Milli komanda karyerası Kukeyev eyni zamanda Qazaxıstan milli komandasının da şərəfini qoruyub. Millidə keçirdiyi 13 görüşdə 1 qol vurub. Futbolçu millidəki yeganə qolunu Uembli stadionunda İngiltərə millisinin qapısına vurub. Bu qol həm də keçmiş postsovet ölkələrindən olan futbolçuların Uemblidə İngiltərə millisinin qapısına vurduğu ilk qol kimi tarixə düşüb.

İstinadlar

Kateqoriya:Qazaxıstan futbolçuları Kateqoriya:1988-ci ildə doğulanlar Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Kayrat FK futbolçuları Kateqoriya:Astana FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri