Ballş () — Albaniya Respublikasında yerləşən şəhər.
Yerləşməsi Şəhər Albaniyanın cənubunda, Fiyer vilayətində yerləşir.
Əhali 2011-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, şəhərin (keçmiş bələdiyyənin) əhalisi 7 657 nəfər təşkil etmişdir.
Tarixi Balş şəhəri İlliriyanın qədim şəhərlərindən biri olan Billisin (Byllis) yaxınlığında yerləşir. Slavyan işğalları dövründə qədim şəhər dağıdıldıqdan sonra mərkəz Balş ərazisinə köçürülmüşdür. Şəhərin adının da məhz qədim Byllis adından slavyan təsiri ilə törədiyi ehtimal olunur. Bolqar İmperiyasının hakimiyyəti illərində bu yaşayış məntəqəsi bölgənin əsas xristian mərkəzlərindən birinə çevrilmişdir.
2015-ci ildə həyata keçirilmiş yerli idarəetmə islahatlarından sonra şəhər ətraf bələdiyyələrlə birləşdirilmiş və hazırda Mallakastër bələdiyyəsinin inzibati mərkəzi kimi fəaliyyət göstərir.
İqtisadiyyatı Şəhərin iqtisadiyyatı əsasən neftçıxarma və neft emalı sənayesinə əsaslanır. Kommunizm dövründə əsası qoyulmuş Balş neftayırma zavodu ölkənin ən mühüm sənaye obyektlərindən biridir. Şəhərin ətrafındakı kəndlərdə isə kənd təsərrüfatı, xüsusilə də zeytun ağaclarının becərilməsi və zeytun yağı istehsalı geniş yayılmışdır.
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri