Əziz Nəsirzadə ( ) — İran hərbi xadimi və 2024–2026-cı illərdə Məsud Pezeşkian hökumətində İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri. 2021-ci ilin sentyabrından 2024-cü ilədək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, 2018-ci ilin avqustundan 2021-ci ilin sentyabrınadək isə İran Hərbi Hava Qüvvələrinin komandanı olmuşdur.
"F-14" pilotu olan Əziz Nəsirzadə İran–İraq müharibəsinin veteranı olmuşdur. 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində öldürülmüşdür.
Hərbi fəaliyyəti Əziz Nəsirzadə hərbi karyerasına İran–İraq müharibəsinin sonlarında "F-14 Tomcat" qırıcı təyyarəsinin pilotu kimi başlamış, lakin döyüş əməliyyatlarında iştirak etməmişdir. Sonrakı illərdə o, İran Hərbi Hava Qüvvələrində qərargah rəisi və müvəqqəti komandan kimi əsas vəzifələrdə çalışmış, 2018–2021-ci illərdə isə İran Hərbi Hava Qüvvələrinin komandanı olmuşdur.
2021-ci ilin sentyabrından 2024-cü ilədək Əziz Nəsirzadə daha strateji vəzifədə — İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində işləmişdir. 2024-cü ilin avqustunda o, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə təyin olunmuşdur.
Əziz Nəsirzadə dövlət səviyyəsində təhlükəsizlik siyasətinin formalaşdırılmasında iştirak etmiş, İranın mühüm mülki, hərbi və nüvə infrastrukturlarının ABŞ və ya İsrail tərəfindən mümkün zərbələrdən qorunmasına cavabdeh olan Passiv Müdafiə üzrə Milli Təşkilata rəhbərlik etmişdir. Onun beynəlxalq təhlükəsizlik fəaliyyəti Ermənistanla müdafiə sahəsində əməkdaşlığı və Azərbaycanla birgə hərbi təlimləri əhatə etmiş, bu fəaliyyət Cənubi Qafqaz regionunda İsrail, Türkiyə və Qərbin təsirinə qarşı yönəlmişdir.
2025-ci ilin iyununda İsrailin İrana endirdiyi zərbələrdən sonra bəzi müxalif və xarici KİV-lər Nəsirzadənin Tehranda Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin qərargahına edilən hücum zamanı öldürüldüyünü iddia etmiş, lakin hökumətyönlü media bu məlumatları təkzib etmişdir.
Baxışları
İsrail Əziz Nəsirzadə “Müqavimət” ideologiyasını dəstəkləmiş, bunu sadəcə taktika deyil, köklü və davamlı bir inanc sistemi kimi səciyyələndirmişdir. O, 2024-cü ildə “Müqavimət 2006-cı ildə olduğu kimi İsraili məğlub edəcək” bəyanatını səsləndirmişdir. O həmçinin sionist rejimin hər hansı addımının onun öz məhvinə gətirib çıxaracağını və İranın istənilən ssenariyə hazır olduğunu bildirmişdir. 2023-cü ilin avqustunda isə indiki və gələcək nəsillərin sionist rejimə qarşı mübarizəyə hazır olduqlarını və onu yer üzündən silmək əzmində olduqlarını vurğulamışdır.
Amerika Birləşmiş Ştatları 2025-ci ilin iyununda İran–ABŞ danışıqlarının nəticəsiz qalması ilə bağlı açıqlamalar zamanı Əziz Nəsirzadə münaqişə baş verəcəyi təqdirdə ABŞ-nin bütün bazalarının İranın zərbə radiusunda olduğunu və onların yerləşdiyi ölkələrdə hədəfə alınacağını bildirmişdir.
Ölümü Əziz Nəsirzadənin 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin İrana endirdiyi zərbələr zamanı İsrail Müdafiə Qüvvələri tərəfindən öldürüldüyü bildirilmişdir. Sonradan bu xəbər İran dövlət mediası tərəfindən təsdiqlənmişdir.
İstinadlar
Kateqoriya:İran generalları Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran müharibəsində (2026) ölənlər