thumb|Balıq bazarı. Niderland, XVII əsr. Kornelis Düsart, 1683. thumb|Londonda bazar. XIX əsr. Cozef van Ayken, 1825. thumb|Yeni bazar, Amsterdam. Hans Herman, təqribən 1895.

Bazar — insanların ərzaq, heyvan və digər malların alqı-satqısı üçün mütəmadi olaraq cəmləşdikləri məkan. Dünyanın müxtəlif yerlərində bunun üçün ərəb mənşəli suq, fars mənşəli bazar, ispan dilində "merkado" və ya Filippində "palenqke" terminləri işlədilir. Bəzi bazarlar hər gün fəaliyyət göstərir və "daimi bazarlar" adlanır, digərləri isə həftədə bir dəfə və ya festival günləri kimi müəyyən günlərdə keçirilir ki, bunlara "dövri bazarlar" deyilir. Bazarın forması yerli əhalidən, mədəniyyətdən, ətraf mühitdən və coğrafi şəraitdən asılıdır. "Bazar" termini bazar meydanlarını, qapalı bazar zallarını, iaşə mərkəzlərini və onların müxtəlif növlərini əhatə edir. Buna görə də bazarlar həm açıq havada, həm qapalı binalarda, həm də müasir dünyada internet üzərində yerləşə bilər.

Bazarlar bəşəriyyətin ticarətlə məşğul olduğu dövrdən bəri mövcuddur. Hesab olunur ki, ən qədim bazarlar Fars regionunda yaranmış, oradan Yaxın Şərqin digər ölkələrinə və Avropaya yayılmışdır. Sənədli mənbələr sübut edir ki, eramızdan əvvəl 3000-ci illərdən etibarən zonalaşdırma siyasəti ticarəti şəhərlərin müəyyən hissələri ilə məhdudlaşdıraraq bazarın formalaşması üçün zəruri şərait yaratmışdır. Yaxın Şərq bazarları, bir qayda olaraq, hər iki tərəfdə piştaxtaları olan və alıcıları qızmar günəşdən mühafizə etmək üçün nəzərdə tutulmuş damı olan uzun keçidlərdən ibarət idi.

Avropada qeyri-rəsmi və tənzimlənməyən bazarlar XII əsrdən etibarən tədricən rəsmi və nizamnamə ilə fəaliyyət göstərən bazar sisteminə keçmişdir. Orta əsrlər dövründə bazar təcrübəsinin, xüsusən də çəki və ölçü vahidlərinin ciddi tənzimlənməsi istehlakçılara malların keyfiyyəti və qiymətlərin ədalətliliyi barədə inam verirdi. Dünyanın müxtəlif yerlərində bazarlar iqlimə, ənənələrə və mədəniyyətə müvafiq olaraq fərqli inkişaf etmişdir. Asiyada səhərlər təzə məhsulların, gecələr isə qeyri-ərzaq mallarının satıldığı sistem geniş yayılmışdır.

Bu gün bazarlara elektron formada və ya elektron ticarət platformaları vasitəsilə onlayn şəkildə daxil olmaq mümkündür. Bir çox ölkələrdə yerli bazardan alış-veriş etmək gündəlik həyatın standart xüsusiyyətidir. Əhalinin qida təhlükəsizliyindəki rolunu nəzərə alaraq, bazarlar çox vaxt mərkəzi hakimiyyət orqanları tərəfindən yüksək dərəcədə tənzimlənir. Bir çox yerlərdə tarixi bazar əraziləri memarlıq və mədəni əhəmiyyət kəsb edən abidələr siyahısına daxil edilmişdir. Buna görə onlar müntəzəm olaraq məşhur turizm marşrutlarına çevrilirlər.

Stixiyalı ticarət yerlərindən əsas fərqləri

thumb|Parisdə rus kazakları. Georq Emanuel Opits. Divardakı yazı: "Cəza qorxusu altında bura zibil tökmək qadağandır".

Bazarın stixiyalı (icazəsiz) ticarət yerlərindən əsas fərqləri aşağıdakılardır: Ümumi təşkilatçılıq səviyyəsi və sanitariya vəziyyəti; Tənzimləyici normativ sənədlərin mövcudluğu; Leqal (rəsmi) administrasiyanın olması; Nəzarət xidmətlərinin qanuni nümayəndələrinin iştirakı; Sanitariya-epidemioloji xidmət nümayəndəliklərinin fəaliyyəti; Yazılı ticarət qaydalarının mövcudluğu; Ticarət qaydalarının pozulmasına görə qanunla müəyyən edilmiş sanksiyaların olması.

Türkdilli ölkələrdə milli ənənələr və yerli dövlət dillərinin ədəbi norma xüsusiyyətlərinə görə "bazar" və "market" anlayışları qanunvericilik səviyyəsində rəsmi olaraq sinonim hesab edilir.

İstinadlar

Xarici keçidlər

Project for Public Spaces page on public markets

Kateqoriya:Bazarlar Kateqoriya:Ticarət Kateqoriya:İqtisadiyyat Kateqoriya:Küçə mədəniyyəti Kateqoriya:Pərakəndə satış bazarları