Dmitri Klimoviç (; ; 9.2.1984, Minsk, Belarus SSR, SSRİ) — Belarus futbolçusu. Belarusun Belşina Bobruysk klubunun şərəfini qoruyur.

Karyera Peşəkar karyerasına 2002-ci ildə Smena klubunda başlayıb. Növbəti il BATE Borisov klubuna keçib və 10 oyunda forma geyinib. 2004-cü ildə Torpedoya transfer olunan Dmitri burada cəmi 3 oyun keçirib və 2 qol vurub. 2005 və 2006-cı illərdə yenidən BATE-yə qayıdıb, 25 matçda iştirak edib. Son 3 mövsümdə Torpedoda top qovan Klimoviç 76 görüşdə meydana çıxıb və 6 qol vurub.

2006-cı ildə BATE-nin heyətində UEFA Kubokunda oynayıb. Belarus milli futbol komandasına namizəd sayılır. 2009-cu ilin əvvəlində yığmasının seçmə mərhələ oyunlarına cəlb olunub.BATE-nin futbolçusu "Bakı"da!

İstinadlar

Həmçinin bax

Kateqoriya:Minskdə doğulanlar Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:BATE Borisov FK futbolçuları