Jim və ya təkan vermə — idman hərəkəti. Bədən ağırlığı ilə edilən jim hərəkəti bədənin üst hissəsinin (qol, çiyin, sinə, bel) inkişafında olduqca effektivdirPushups and Tips for Beginners. İstifadə tarixi: 26 aprel 2026. və etmək üçün xüsusi bir məkana və ya hər hansı idman ləvazimatına ehtiyac yoxdurŞınav Nasıl Çekilir? Adım Adım Detaylı Rehber. İstifadə tarixi: 17 mart 2026.. Jim edərkən zədələnməmək üçün bilək və çiyinləri müxtəlif isinmə hərəkətləri ilə qızışdırmaq tövsiyə olunur. Jim zamanı məşq edən şəxsin başı aşağı düşməməlidir və qabağa yox, yerə baxılmalıdırThe Anatomy of a Push-Up: Exploring Proper Push-up Form and Technique. İstifadə tarixi: 29 mart 2026..
Faydaları
Əzələləri inkişaf etdirir və dözümlülüyü artırır; Qan-damar sistemini gücləndirirDoğru Şınav Nasıl Çekilir? Şınav Çekmek Ne İşe Yarar? İstifadə tarixi: 25 mart 2026.; Endorfin hormonunu artırır və stresi azaldır.Her Gün Şınav Çekmek: Yararları ve Riskleri. İstifadə tarixi: 17 mart 2026. Jim hərəkəti kalori yandırmağa kömək edərək çəki atma prosesinə müsbət təsir göstərə bilərPushups. İstifadə tarixi: 26 aprel 2026..
Növləri
Adi (standart) jim - qollar çiyin genişliyində açılır, beli düz tutaraq aşağı enmə və yuxarı qalxma hərəkətləri təkrarlanır.
Diz üstü jim - bu jim növündə dizlər yerdə olduğu üçün qollara daha az yük düşür və bu pozisiya yeni başlayanlar üçün ideal hesab olunur17 Push-Up Variations To Build Muscle In Your Chest, Shoulders, And Triceps. İstifadə tarixi: 25 mart 2026.; Geniş tutuşlu jim - qollar çiyin genişliyindən daha uzaqda tutulur və geniş tutuşlu jim sinə əzələsini daha çox işlədərək onun daha geniş və daha nəzərəçarpan forma almasına kömək edir25 Different Types Of Push Ups (Best Variations). İstifadə tarixi: 27 mart 2026.. Dar tutuşlu jim - əllər çiyin aralığından daha yaxın tutulur. Dar jimdə qol və xüsusilə sinə əzələsi daha çox işləyir. Almaz (üçbucaq) jim - dar jim pozisiyasına bənzəsə də, əllər daha yaxın tutulur. Əllərin işarət və başbarmaqları birləşdirilərək edilən bu jim forması dar tutuşlu jimdən daha çətin hesab olunur.
Divarda jim - yeni başlayanlar və ya müxtəlif zədəsi, ağrısı olanlar üçün tövsiyə olunur.
Tullanmalı jim - əl çalmalı jimə bənzəsə də bir qədər fərqlənir. Belə ki, tullanmalı jimdə jim hərəkəti əllər qovuşdurulmadan icra olunur və jimdən sonra ya bədənin üst tərəfi, ya da bütün bədən yerdən təkan ilə aralanır. Sonra isə jim hərəkəti yenidən icra olunur. Supermen jimi - bir dəfə aşağı endikdən sonra yuxarı qalxan zaman təkan ilə bütün bədən (qollar və ayaqlar) yerdən aralanır və qollar irəliyə doğru uzadılır14 Pushup Variations That Will Boost Your Workout. İstifadə tarixi: 26 mart 2026.. Bu zaman bir an üçün jim edən adam supermen kimi havada uçurmuş kimi görünür. Hörümçəkadam jimi (yanlara təpik) - ayaq yerə paralel vəziyyətdə, çox əymədən bükülmüş qolun dirsəyinə çatdırılır14 Types of Push-Ups—and How They Help You. İstifadə tarixi: 27 mart 2026.. Əl çalmalı jim - bu jim formasında qol əzələlərindən istifadə edərək mümkün qədər özünü geriyə atma (yuxarı qaldırma) və yerə çatmamış bir dəfə (mümkünsə daha çox) əl çalmaq nəzərə tutulurŞınav Çeşitleri: Başlangıç, Orta Ve İleri Seviye 12 Şınav. İstifadə tarixi: 26 mart 2026.. Top üzərində jim - top hərəkət etdiyindən daha çox güc və müvazinət bacarığına ehtiyac yaranır.
Təkqollu jim - bir qol belə qoyularaq jim hərəkəti sərbəst olan bir qol ilə edilir. Daha çox güc, dözümlülük və müvazinət tələb etdiyində təkqollu jim çətin jim növü hesab olunurŞınav Çeşitleri Nelerdir? İstifadə tarixi: 26 mart 2026.Types of Push Ups for a Full Body Workout. İstifadə tarixi: 29 mart 2026.. Yumruq üzərində jim - ovuc üstündə deyil yumruqlar üstündə edilir. Qantellər ilə jim - qantellər ilə edilən jimin bir neçə forması olsa da, qantel ilə edilən standart jim formasında xüsusilə qol və sinə əzələləri daha çox işləyir.I did dumbbell push-ups every day for a week — here’s what happened to my upper body. İstifdə tarixi: 28 may 2026. Oxçu jimi - bu hərəkəti icra etmək üçün aşağı enərkən bir qolu dirsəkdən tam düz saxlamaq, o biri qolu bükərək düz olan qolu mümkün qədər yerə yaxınlaşdırmaq lazımdır. Sonra eyni hərəkət o biri qol üçün təkrar edilir. Hərəkət zamanı bədən oxçuya bənzədiyi üçün hərəkət oxçu jimi adlanır. Bu hərəkət sinə, çiyin və trisept əzələlərini effektiv formada işlədir, gücü artırır.What Is An Archer Push Up? İstifadə tarixi: 28 may 2026. Ovçu jimini yuxarıdan asılmış gimnastika halqaları ilə də etmək mümkündür.Archer Push Ups. İstifadə tarixi: 28 may 2026. Barmaq ucunda jim - barmaq əzələlərini gücləndirir, qavramı gücünü artırır. Çiyinə toxunmalı jim - əllər sıra ilə digər əlin çiyninə toxunur və bu zaman bütün ağırlıq hərəkətsiz qalan qolun üzərinə düşür. Bu periodik yüklənmələr əzələlərin dözümlülüyünü və gücünü artırmağa kömək edir. Bir ayaqlı jim - jim edən zaman ayaqları növbəli şəkildə yuxarıda saxlamaq bədənin müvazinətini saxlamağı çətinləşdirir və bu hal əzələləri daha da gərginləşdirərək onların daha çox inkişaf etməsinə kömək edir. Əlüstə jim - divarı dayanaq götürərək edilən bu jimdə qollar sadəcə bədənin üst hissəsini deyil, bütün bədəni qaldırıb endirdiyindən çox güclü əzələlər tələb olunur15 Push-Up Variations to Master at Every Level of Your Fitness Journey. İstifadə tarixi: 29 mart 2026..
Jim üzrə rekordlar Kişilər arasında bir saat ərzində ən çox jim edən şəxs Birləşmiş Krallıqdan (Londan) olan Pop Laurentiudur. O, 30 iyun 2023-cü ildə bir saat ərzində 3 378 jim edərək dünya rekordunun sahibi olduMost push ups in one hour (male). İstifadə tarixi: 8 aprel 2026..
Həmçinin bax
Turnik Squat Plank
İstinadlar Kateqoriya:İdman